ABŞ və İngiltərə universitetlərinin bütün dünyada köklü ad-sanı olub,yüksək keyfiyyətli təhsil təklif edirlər.Hər iki ölkə çox ölkələrdən beynəlxalq tələbələr cəlb edir və fərqli təcrübə təklif edirlər.ABŞ və İngltərə universitetlərində tələbə həyatı bələdçimizlə səni nə gözlədiyini öyrən…

1.Təhsil çevikliyi

İngiltərədə,adətən,bakalavr dərəcəsi 3 il olur.Əgər sən ixtisasını dəyişmək istəsən,bu çox çətin başa gələcək,belə ki,sən yenidən oxumaq məcburiyyətində qala bilərsən.Ola bilər,bəzi universitetlər iki ixtisası birgə oxumaq imkanı yaradacaqlar.

ABŞ-da bakalavr dərəcəsi,adətən,4 ildir.Burada,tələbələr ixtisaslarını təhsillərinin ilk 2 ilində rahatlıqla dəyişə bilirlər.Tələbələrin,həmçinin,qeyri-əsas ixtisası da eyni zamanda oxumaq imkanı var.

2.Universitet ruhu

Çox İngiltərə universitetlərində universitetdə canlanma yaradan çoxlu fəaliyyətlər və idman klubları var.Hər bir tələbə həm əyləncə,həm də ciddi atlet kimi bu fəaliyyətlərə və idman klublarına qoşula bilər.Fərdi idman klublarının da,həmçinin,yarışları olur və hər kəs universitet komandasını dəstəkləmək üçün gedə bilər.

ABŞ universitetlərinin də,İngiltərə universitetləri kimi çoxlu fəaliyyətlər və idman komandaları var.Baxmayaraq ki,burada həvəs daha çoxdur,belə ki,tələbələr universitetlərini təmsil edəndə daha çox “gur və qürurlu” olurlar.Əgər sən Amerikan kinolarındakı böyük idman stadionlarının real olduğunu bilmək istəyirsənsə,cavab “bəli”dir.Çox ABŞ universitetinin orkestri,alqışlayanlayanları,maskotları var və bütün şəhər komandanı dəstəkləyir.

 

3.Yaşayış

“Student hall” lar tələbələr arasında ilk illərdə çox məşhurdur.Çox İngiltərə universitetləri fərdi yataq otaqlı və birgə mətbəxli yerləşmə təklif edirlər.Bəzilərininin isə şəxsi hamamı var.

ABŞ-da tələbə həyatı digər tələbələrlə eyni otağı bölüşməkdir.Əksər universitetlərin kampusunda bir otaqda 2 tələbəni qaldığı və eyni mərtəbədə qalan tələbələrin birgə istifadə etdiyi hamamdan ibarət olan yaşayıs binaları var.

4.İş imkanları

Hal-hazırda,Avropa birliyi ölkələrinin tələbələri İngiltərədə işləyə bilərlər.Baxmayaraq ki,universitetlər tələbələrə təhsillərindən geri qalmasınlar deyə, həftədə bir neçə saat işləməyi məsləhət görürlər.Əgər sən beynəlxalq tələbəsənsə,vizaya uyğun iş icazəsi almalısan.

ABŞ-daƏksər beynəlxalq tələbələrə yalnız kampus ərazisində işləməyə icazə verilir.Lakin,sən Optional Practical Training(OPT) və ya Curricular Practical Training(CPT) proqramlarında uyğun təcrübə qazanmağa nail ola bilərsən.