1.Geoloji metod

Peyk və təyyarələrdən şəkillər çəkilir.Bu şəkillər geoloqlar tərəfindən təhlil edilir.Geoloqlar neft tapıla biləcək xüsusi süxur formaları axtarırlar.Bu havadan görünə bilər.Daha sonra,yerdə olan geoloqlar süxur nümunələrini toplayırlar və analiz edirlər.

Mümkün gələcək neft yatağı aşkar olunsa,növbəti mərhələdə kəşfiyyat quyusu qazılır.Bu quyular bəzən “wildcat wells” adlanır.

Hər dəfə yeni quyu qazılanda,“well log” yaradılır.”Well log” süxurların və onların tapıldığı dərinliyin qeydiyyatını aparır.Geoloqlar,həmçinin,analizlər üçün özək nümunələrini də nəzərədn keçirirlər.Geoloqlar quyular arsındakı ərazinin xəritəsini qurmaq üçün müxtəlif “well log” ların informasiyalarından istifadə edirlər.Bu proses “geological reasoning” adlanır.

well_logWELL LOG

Bu gələcək qazmalar üçün ola biləcək mümkün “petroleum traps”(neft tələləri) ləri müəyyən etməyə kümək edir.

2.Geokimyəvi metod

Geokimyaçılar neft və qaz ehtiyatları ola biləcək su və  torpaq səth nümunələrini analiz edirlər.Qaz xromatoqrafiyası qazı analiz edir.Dənizdə,karbohidrogenlər su boyunca dartılan qurğulat vasitəsilə tapılır.

images

3.Geofiziki metod

Geofiziklər yeraltının şəkillərini yaratmaq üçün riyaziyyat və fizikidan istifadə edirlər.Onlar süxurların sıxlığı(kütləsi) və maqnetik xassələrinə görə süxurların növünü müəyyən edirlər.Geofiziklər axtarışlarında müxtəlif qurğulardan istifadə edirlər.Qravimetr süxurun sıxlığını göstərir,maqnetometr maqnetik əraziləri ölçür.Maqnetometr ərazi üzərindən keçərkən təyyarələrdə işlədilə bilər.Digər metod  seysmik tədqiqat metodudur,hansı ki,səslərdən istifadə edir.Təkan dalğaları quruda,dəlikdə yerləşdirilmiş partlayıçılar tərəfindən yaradılır.Bu dalğalar geri əks olunur və yerin altındakı süxurların müxtəlif növlərini göstərir.Gələcəkdə,partlayıcılar əvəzinə “vibrator truck”(vibrasiyalı avtomobil) lar istifadə olunacaq.

MT-model-e13664090974923.png

İngilis dilindən tərcümə olunub 🙂