Xam neft 4 müxtəlif növ karbohidrogen molekulu qarışığından ibarətdir:

1.Paraffins(parafinlər)

2.Napthenes(naftenlər)

3.Aromatics(aromatiklər)

4.Asphaltics(asfaltenlər)

Parafin və naftenlər beş karbon atomlu və daha çox,aromatiklər altı və daha çox,asfaltenlər isə qırx və altmış arası karbon atomlu molekullardan təşkil olunmuşdur.Biz neftin xam halı ilə heç bir iş görə bilmərik,lakin bu müxtəlif molekullar ehtiyacımız olan çox müxtəlif yanacaq və məhsullar verir.Bu molekullardan istifadə etmək üçün,onlar bir-birindən ayrılmalıdır.

Oil refinery(rektikikasiya kalonu) nin ilk işi hər bir molekulun quruluşunu parçalamaqdır.Molukullar ibarət olduqları karbon atomlarının sayına uyğun müxtəlif kütlə və qaynama temperaturunda olur.Xam neft qızdırılır və distillation tower-fractionating column (distillə kalonu-rektifikasiya kalonu) in aşağı hissəsindən kalona  vurulur.

oil_refining_processrefinery

Kalonda xam neft kütlə və qaynama temperaturuna görə fraksiyalara ayrılır.Ən yüngül fraksiya,qaz halında qüllənin yuxarısına qalxır.Yüksək qaynama temperaturuna malik olan daha ağır fraksiyalar kalonun müxtəlif hündürlüyündə olan boşqablara doğru düşür və soyuyur.Daha sonra müxtəlif fraksiyalar şəklində xaric olunur.Hər bir fraksiya müxtəlif proseslərə yönləndirilir.

Gasoline-petrol(benzin) ən böyük tələbatlı məhsuldur.Gasoline naftenlərdən alınır.Lakin,alimlər parçalayıcı qurğularda uzun molekullu ağır neftləri(karbohidrogenləri) parçalayaraq benzin ala bilirlər.Bizim maşına doldurduğumuz yanacaq müxtəlif benzin və əlavələrin qarışığından ibarətdir.Digər proseslər xam neftin tərkibində olan zərərli qarışıqları(məs. S (kükürd)) təmizləmək üçün istifadə olunur.Bu ətraf mühit üçün çox önəmlidir.Çünki kükürd turşulu yağışların yağmasına səbəb olur.Refinery(rektfikasiya kalonu) müxtəlif növ yanacaqlar başda olmaqla,digər sənaye prosesləri üçün kimyəvi maddələr istehsal edir.