Liquefied natural gas(LNG)(mayeləşdirilmiş təbii qaz) -162 ͦC -yə qədər soyudulmuş təbii qazdır.Bu temperaturda o mayeyə çevrilir və həcmi 600 dəfə azalır.Maye halda qazı daşımaq və saxlamaq daha asandır.Borular LNG-ni daşımaq üçün istifadə edilir,lakin boru tikmək iqtisadi cəhətdən sərf etməzsə,LNG insulated(izolə edilmiş,təcrid edilmiş) konteynerlərlə daşınır.LNG-nin beynəlxalq ticarəti sürətlə artır.Təbii qaz yataqları Qətər,İndoneziya,Əlcəzair və bir çox digər ölkələrdə tapılır.

Təbii qaz liquefaction plant(mayeləşdirici zavod) -a borular ilə gətirilir.Burada,o su,karbondioksid(CO2) və kükürddən təmizlənir və tərkibində təmiz metan(CH4) qalır.Qaz -162 ͦC-də soyudulub,mayeyə çevrilir.Daha sonra,LNG(mayeləşdirilmiş təbii qaz) xüsusi,izolə edilmiş,260000 m3 daşıya bilən double-hulled ships(ikiqat gövdəli gəmilər)-lə daşınır.Gəmidə LNG aşağı təzyiqdə, -162 ͦC -də müxtəlif tank(bak)larda saxlanılır.Tank-ın ətrafındakı xüsusi izolə LNG-ni soyuq saxlayır.Daşıma zamanı,LNG-nin kiçik miqdarı qaza çevrilir.Bu qaz gəmiyə yanacaq kimi işlədilir.

new-picture

Gəmi regasification terminal(yenidən qazlaşdırıcı terminal)-a çatdıqda,LNG qurudakı saxlama tank(bak)-larına verilir.Bu tank-lar cox güclü double-walled(ikiqat divarlı) tank-lardır.Ehtiyac olduqca,LNG qızdırılır və təbii qaza çevrilir.Daha sonra,qaz istehlakçıya çatdırılması üçün yerli boru sisteminə vurulur.Bəzi LNG tankerlərinin göyərtəsində regasification facilities(qazlaşdırıcı aparatlar) vardır ki,qazı birbaşa yerli borulara vura bilirlər.