Neft və qaz sənayesi 3 sektordan ibarətdir:

1.Upstream sector

2.Midstream sector

3.Downstream sector

image001

Əksər hallarda midstream’i downstream’ə aid edirlər.

Upstream sektoru xam neft və qaz axtarışı və istehsalı işlərini özündə cəmləyir.

Bəs neft şirkətləri neft və qazı necə tapırlar?

İlk mərhələ exploration(axtarış)-dır.Alimlər süxurları öyrənir və elmi araşdırma aparır.Onlar tərkibində karbohidrogen(neft və qaz hidrogen(H) və karbondan(C) ibarətdir,buna görə də belə adlanır) saxlayan süxurlar axtarırlar.Exploration-dan sonra onlar növbəti mərhələ üçün:drilling(qazma) yaxşı yer axtarırlar.Drillers(qazmaçılar) quyu qazırlar və bəzən karbohidrogen tapırlar.Əgər karbohidrogen tapsalar belə,dərhal quyunun istismarı başlanılmır.İlk öncə şirkət çoxlu testlər edir və vacib suallara cavab axtarırlar: “Quyuda nə qədər neft var?”,”Hər hansı problem var mı?”.Əgər testlərin nəticələri yaxşı olsa,növbəti mərhələ başlanır: development(istismar).Development’in mənası istehsala hazırlıqdır.Məsələn,nefti daşımaq üçün boruların tikilməsi.Development bir neçə həftədən bir neçə ilə qədər çəkə bilər.Daha sonra istehsal başlayır.Xam neft/və ya qaz quyudan borularla çıxır.

Bəzi upstream işləri:

1.crane operator-qazma işçilərinə rəhbərlik edir

2.driller-qazmaçı komandasının üzvü                   

3.geologist-süxurları tədqiq edir                              

4.geotechnician-geoloqa kömək üçün ləvazimatları idarə edir                    

5.maintenance technician-qurğuları və mexanizmləri təmir və servis edir

6.pipe-fitter-boruları bir-birinə bərkidir

7.production operator-istehsal edən gurğuları yoxlayır və idarə edir

8.roughneck-qaldırıcı və hərəkət edən ağır əşyaların mexanizmlərini idarə edir

Downstream sektoru xam neftdən məqsədli məhsullar istehsal edir.Məs.

Petrol(gasoline)-benzin, plastic bags-plastik paketlər, propane-propan, some chemicals in detergents-yuyucu vasitələr, asphalt-asfalt, some chemicals in fertilizers-gübrələr, tyres-şinlər və s.