Bütün insanların enerjiyə ehtiyacı var, lakin hər il milyardlarla dollarlıq təbii qaz israf olunur. Təbii qaz bütün dünya üzrə olan neft platformalarında, emal zavodlarında və kimya zavodlarında yandırılır. Yanma lazım olmayan və ya neft və qaz qurğularında təzyiqin azaldılması üçün təbii qazın yandırılması prosesidir. Mühəndislər hal-hazırda, bu yanmanın enerji, resurs və pul israfı olduğunu anlayırlar.

Qurğularda təzyiq çox yüksək olanda, ventilləri açıb qazı boşaldırlar. Bu gəmiləri və boruları qorumaq üçündür. Buraxılmış qaz “flare stack”(alov qülləsi)-i tərk edən kimi yandırılır. Böyük miqdar qaz xaric olan zaman, alov çox parlaq yanır. Hətta təzyiq normal olanda belə, az miqdar qaz stabil olaraq yanır və beləliklə, sistem daimi olaraq sabit qalır.

oil_3.24363019_std

Bəzi ölkələrdə, məs. Nigeriyada, neft çıxarılan zaman, böyük miqdarda qaz onunla birlikdə çıxır. Bu “associated gas”(birlikdə çıxan qaz) adlanır. Əvvəllər bu ölkədə təbii qaza ehtiyac az olduğundan “associated gas”ın çox hissəsi yandırılırdı. Hal-hazırda, neft şirkətləri bu miqdarı azaltmağa çalışırlar.

Neft və qaz quyularından çıxan təbii qazın yandırılması və buraxılması qlobal istiləşməyə səbəb olan “greenhouse gases”(parnik qazları)-nın artmasına gətirib çıxarır. Ekspertlər hesablayıblar ki, hər il 150 milyon m3 təbii qaz yandırılır. Bu rəqəm təxminən ABŞ-ın qaz istehlakının 25 %-i, Rusiyanın qaz ixracının isə 75%-i qədərdir. Rusiya təbii qazın yandırılmasına görə ilk yerdədir. Rusiyanı Nigeriya, İran və İraq izləyir. Yandırılan qazın miqdarı haqqında informasiya peyk vasitəsilə əldə edilir.

Hal-hazırda, böyük neft şirkətləri və hökümətlər birlikdə yanma qazının miqdarını azaltmaq və “associated natural gas”-ı işlətmək və saflaşdırmaq üzərində işləyirlər. The Global Gas Flaring Reduction Public-Private Partnership(GGFR) 2002-ci ildə qurulub.

download

Qurumun məqsədi qaz axıdılmasının və yandırılmasının azaldılmasında hökümətlərə, qurumlara və neft sənayesinə dəstək olmaqdır. GGFR hökümətlərə və neft şirkətlərinə məsləhət görür və həmçinin “associated gas”lar üçün bazarın inkişafına köməklik göstərir. “Associated gas” indi daxili müştəriləri təmin etmək üçün və elektrik və LNG(əlavə: bu haqda digər məqalədə verilib) istehsal etmək üçün istifadə olunur.