ABŞ kimi inkişaf etmiş ölkələrdə, enerjinin əksər hissəsi “Fossil” yanacaqlarından alınır. Biz, ən başlıca olaraq, kömür, neft və təbii qazdan danışırıq. Gəlin, ilk olaraq, kömürdən başlayaq.

Kömür nisbətən enerji sıxlıqlıdır. Dünyanın əksər yerlərində boldur. Onu çıxarmaq üçün aşağı maliyyə lazımdır, demək olar, emal etməyə ehtiyac yoxdur və nisbətən asan daşınır və nisbətən təhlükəsiz daşınır. Dünyanın bəzi regionları üçün böyük iqtisadi üstünlüyü ucuz olmasıdır. Və, yəqin ki, bu kömürün niyə dünyada geniş istifadə edildiyinə əsas cavabdır. Baxmayaraq ki, kömür işlədilməsinin bəzi mənfi cəhətləri vardır. Dərin quyulu mədənlərdə işləmək,insanlar üçün təhlükəlidir. İşçilər, bəzən, orada ilişib qalırlar, bütün növ toksik maddələrlə tənəffüs edirlər və bəzən, təəssüf ki, işçilər dərin quyulu mədənlərdə baş verən qəzalarda ölürlər.

Coal_mine_Wyoming.jpg

Yerüstü mədənçilik ekosistem üçün ziyandır, lakin işçilər üçün daha təhlükəsizdir. Kömürdə olan kükürdə görə, turş mədən drenajdan(qurudulma) istifadə edilir. Bu zaman su mədən tullantılarını özü ilə aparır. Və bu su yatağının çirklənməsi ilə nəticələnir. Kömür problemli maddədir,çünki onu yandıranda, kükürd oksigenlə birləşir və turşuluğu artıran kükürd dioksid qazı daha da çoxalır. Həmçinin, kömürü yandıranda, kardon dioksid qazının böyük miqdarını alırıq bu miqdar ondan ayrılan enerji miqdarına yaxındır. Və biz karbon, kükürd dioksid qazları buraxırıq. Həmçinin, kömürü yandıranda, kiçik hissəciklər, metal qırıntıları və digər tullantılar alırıq. Şübhəsiz, kömür yanan zaman, quruda və suda havaya, ekosistemə, böyük ekoloji təsirləri olur.