Bildiyimiz kimi elektroenergetikada 1kV-un izolyasiya məsafəsi 1 sm qəbul edilir. Artan təlabatla yanaşı artıq biz 110kV-larla deyil 330-500 kV və daha yüksək gərginliklər üzərində çalışırıq. Bu baxımdan da həmin gərginliklərdə APQ-lar bir qədər səmərəsiz olur,çünki həmin gərginlikli APQ həm əhatə etdiyi yer baxımından , həm də baxım təhlükəsizliyi cəhətdən səmərəsiz olur. GİS isə bu cəhətdən yetərincə üstünlüklərə malikdir. Baxmayaraq ki, Azərbaycanda bu cür bahalı sistemlərə çox az rast gəlinir , lakin getdikcə artan tələblərdən dolayı bu tip sistemlərə üstünlük verilir.

GİS-in açıq tipli yarımstansiyalardan(APQ) üstün cəhətləri

  • Daha az yer əhatə etməsi
  • Baxımı və əməliyyatı daha təhlükəsiz və rahat olması
  • SF6 qazı ilə çalışan sistemdir.
  • SF6 qazı nədir ?
  • – Yüksək dielektrik dayanıqlığı,
  • – Yüksək kimyəvi dayanıqlılığı,
  • – İstilik ötürmə qabiliyyəti
  • – mükəmməl qövs söndürmə performansı
  • – Həm Local , həm də CCR idarəetməyə malik olması

Sadə bir GİS sistemini araşdırsaq aşağıdakı kimi izah verə bilərik

Безымянный.png

1.SF6 kesicisi(açarı)– Orta və yüksək gəginlikli şəbəkələrdə yük cərəyanlarını və qısaqapanma cərəyanlarını kəsməyə yarayan avadanlıq,kontaktlarda meydana gələn qövsün SF6 qazı ilə söndürüldüyü kəsicilərdir.

  1. Ayırıcı-Yük altında heç bir manevr olunmayan avadanlıq.Bölmələri bir birindən ayırıb baxım və yoxlanış işlərini təhlükəsiz şəkildə işləməsini təmin edir.

3.Gərginlik Transformatoru-Bağlı olduqları 1-ci tərəf gərginliyi istənilən gərginliyə salıb , 2-ci tərəfə bağlı olan cihazları bəsləyən və onları yüksək gərginlikdən izolyasiya edən xüsusi avadanlıqlardır.

  1. Cərəyan Transformatoru-Bağlı olduqları 1-ci tərəfdən keçən cərəyanı istənilən cərəyana salıb , 2-ci tərəfə bağlı olan cihazları bəsləyən və onları yüksək gərginlikdən izolyasiya edən xüsusi avadanlıqlardır.

5.Torpaqlama  açarı

6.İdarəetmə Yuvası

Bu tip paylayıcı quruluşlar yüksək etibarlılığa sahib olmaqla yanaşı bahalı sistemlərdir.