Eleqaz – SF6 təsirsiz qazdır, sıxlığı havanın sıxlığından 5 dəfə, elektrik möhkəmliyi isə 2-3 dəfə çoxdur. Eleqazın elektrik möhkəmliyi 0,2MPa təzyiqdə transformator yağının möhkəmliyi qədərdir. Atmosfer təzyiqində eleqazda söndürülən  qövsün cərəyanından 100 dəfə çoxdur. Eleqazın qövsü belə söndürmə qabiliyyəti onun kimyəvi xüsusiyyətilə əlaqədardır. Eleqazın molekulu qövsün sütunundakı elektronları asanlıqla zəbt edərək, nisbətən hərəkətsiz mənfi ionlara çevrilirlər. Elektronlar qövsün sütunundan belə sorulması qövsü dayanıqsız vəziyyətə çevirərək onun asanlıqla sönməsinə səbəb olur. Eleqazın, qövsə doğru yönəlmiş belə axını zamanı elektronların zəbt olma prosesi sürətlənir, bunla da qövs asanlıqla sönür.

Ətraf mühitin normal temperaturunda və normal atmosfer təzyiqində eleqaz, qaz halında olur. Bu vəziyyətdə eleqaz rəngsiz, iysiz, yanmayan və zəhərsizdir, 2500C temperatura  qədər eleqaz kimyəvi cəhətdən aktiv olmadığından metala, polimer çateriallardan hazırlanmış izolyasiyaya və rezinə qarşı aqressiv deyil. Eleqaz köhnəlmir və onun yaranmış qövsün təsirindən minimum parçalanması baş versə belə o, asanlıqla açarda elektrik möhkəmliyinin tez bərpa olmasını təmin edir. Eleqazın yüksək dielektrik möhkəmliliyi onun kiçik aralıqlarda qövsün etibalı yaxşı söndürməsi xüsusiyyəti, kommutasiya aparatlarının yüksək açma qabiliyyətini təmin edir və onun həm də yaxşı soyutma xüsusiyyətinə malik olması isə cərəyan daşıyan hissələrin qızmasının qarşısını alır.

Eleqaz açarlarının kommutasiya ehtiyatı orta hesabla 2-3 dəfə az həcmli yağ açarlarından çoxdur. Cərəyanlı dövrəni açan zaman eleqaz açarlarında qövsün söndürmə mühitinin köhnəlməsi olduqca azdır və eleqazın parçalanma məhsulu xüsusi filtrlər tərəfindən udulur. Açarın gövdəsindən eleqazın sızması adətən 3%-dən çox olmur, bəzi firmaların hazırladığı açarlarda isə 1%-dən çox olmur. Eleqaz açarlarının ehtiyat eleqazla doldurulması zamanı açarların gərginlikdən çıxarılmasına ehtiyac yoxdur.Eleqaz açarları yalnız cərəyanlarını yox, həm də qısaqapanma cərəyanlarını da aça bilir. Belə açarlar avtopnevmatik üfürmə qurğusu olan qövssöndürmə kameralarına malikdir.Eleqaz açarlarına

 da modul prinsipini tətbiq etməklə daha yüksək gərginlikli açarlar yaratmaq mümkündür. Eleqaz açarlarının və başqa eleqaz aparatlarının böyük perspektivləri var.

Eleqaz açarlarının əsas üstünlükləri: yanğına və partlayışa qarşı təhlükəsizdir, cəldliyi, yüksək alıcılıq qabiliyyəti; qövssöndürmə kontaktlarının az yeyilməsi, modul prinsipilə yüksək gərginlikdə istifadə edilməsi, açıq və örtülü paylayıcı quruluşlarda istifadə edilməsi.

Çatışmayan cəhəti SF6 – qazını doldurmaq, bir hissədən digər hissəyə vurulmaq və təmizləmək üçün xüsusi qurğunun lazımlığı və kifayət qədər baha olmasıdır.