Transformatorlar dəyişən cərəyanın tezliyini və gücü dəyişmədən onun gərginliyini və cərəyanını bir qiymətdən digər qiymətə çevirə bilən statik elektromaqnit aparatdır. Başqa sözlə desək, transformator induktiv əlaqəli iki və ya bir neçə dolağı olan elə statik elektromaqnit qurğudur ki, onun vasitəsilə hər hansı bir gərginlikli dəyişən cərəyanı həmin tezlikdə başqa bir gərginlikli dəyişən cərəyana çevirmək olur.Transformatorlardan energetik qurğularda, rabitə qurğularında, radiotexnikada, avtomatika, telemexa-nika sistemlərində, hesablama texnikasında və s. müxtəlif məqsədlər üçün geniş istifadə olunur.

QURULUŞU VƏ ƏSAS ELEMENTLƏRİ

Transformatorun bir-birilə elektromaqnit əlaqəsində olan iki və ya bir neçə dolağı olur. Ən sadə transformator ikidolaqlı birfazlı transformatordur. Belə transformatorun elektromaqnit sxemində göstərildiyi kimi 1 dolağına kənar mənbədən elektrik enerjisi verilir, 2 dolağına tələbatçılar (yük) qoşulur. Enerji bir dolaqdan digərinə elektromaqnit induksiyası vasitəsilə ötürülür. Dolaqlar arasındakı elektromaqnitəlaqəsini gücləndirmək üçün onlar qapalı ferromaqnit nüvə  üzərində yerləşdirilir.Transformatorun dəyişən cərəyan mənbəyinə qoşulan dolağına birinci tərəf dolağı, işlədicilər qoşulan dolağına asə ikinci tərəf dolağı deyilir.İkinci tərəf dolağının gərginliyi birinci tərəf dolağı gərginliyindən kiçik olarsa transformator alçaldıcı, böyük olarsa yüksəldici transformator adlanır. Transformatorun birinci tərəf dolağı bir gərginliyə hesablanıb hazırlandığı halda, ikinci tərəfi müxtəlif gərginliklərə hesablanmış iki və daha çox sayda dolaqlara malik ola bilər. Belə transformator çoxdolaqlı transformator adlanır.Texnikanın müxtəlif sahələrində birfazlı və üçfazlı dəyişən cərəyanlardan istifadə edildiyindən transformatorlar birfazlı və üçfazlı hazırlanır.Transformatorun əsas hissələri maqnit dövrəsi (nüvə) və dolaqlardır.20160912_184835