Buhholz relesi yağlı transformatorlarda, gənişlənmə çənlərində və yük altında gərginlik pillə dəyişdiricilərin yağ xəttlərində quraşdırılır. Bildiyimiz kimi transformatorun sarğılarında  hər hansı nasazlıq  olarsa yağ keyfiyyətini itirir və bunun nəticəsində hidrokarbon qazları (hidrokarbonatlar) yaranır.

Qazlar buhholz relenin normalda yağla dolu kamerasına daxil olaraq müəyyən edilmiş səviyyədən artıq yığılır və bunun nəticəsində relenin siqnal kontaktı qapanır və alarm siqnalını idarəetmə mərkəzinə göndərir. Əgər transfromatorda daha ciddi nasazlıq yaranarsa yağ dalğalanaraq buhholz relenin aralıq lövhəsini hərəkətə gətirəcək və bunun nəticəsində kontakt  qapanaraq transformatoru dövrədən çıxaracaq.

Yağ axması nəticəsində yağın səviyyəsi düşərsə rele həmçinin  alarm verəcəkdir.

buch1buchholz_relay_contacts-svg

Qeyd edim ki, Buhholz reledən açılmış transformator təkrar işə qoşulmaz. Çünki Buhholz rele adətən qısaqapanmalar zamanı dolaqlardan yüksək ölçüdə amperin keçməsi ilə “qaz partlatışının” relenin içindən sürətlə keçməsi zamanı işə düşür və o yalnız texniki baxışdan keçdikdən sonra yenidən istismara buraxılır.