Silikogel (Silica Gel) genişlənmə çəni olan təbii və ya məcburi yağ soyutmalı güc transformatorlarında hava quruducusunun əsas elementidir. Hava qurudusu içərisinə silikogel doldurumuş, aşağı hissəsində yağ klapanı olan  silindir şəkilli qurğudur.breather2

Genişlənmə çənli transformatorlarda tempraturdan asılı olaraq yağ genişlənməyə və sıxılmağa məruz qalır. Yağ genişləndikdə genişlənmə çənində yağın səviyyəsi artır. Bu zaman çəndə olan hava, hava quruducusundan keçərək çölə atılır. Yağ sıxıldıqda isə yağın səviyyəsi düşdüyünə görə atmosferdən hava, hava quruducusundan keçərək çənə daxil olur. Əgər hava quruducusundan istifadə olunmazsa  atmosferdən gələn havanın nəmliyi yağa keçərək yağın keyfiyyətini aşağı salar və bu böyük fəsadlar yaradar.images

Silikogellər müxtəlif rənglərdə olur, keyfiyyətini itirdikdə isə rəngini dəyişir və bu zaman yenisi ilə əvəz olunur.