Qızmar cismin temperaturuna görə onun müxtəlif dalğa uzunluqlarına malik elektromaqnit dalğalar təsəvvüründə olan istilik şüalanmasının parametrlərinin dəyişməsi əsasında mühakimə yürütmək olar. Cismin temperaturu nə qədər yüksək olarsa o bir o qədər artıq enerji şüalandırır. İstilik şüaları bütün fiziki qızmar cisimlər tərəfindən buraxılır, 500…600oC temperaturda insan gözü ilə görünən olan bu şüalar buraxılır və temperaturun yüksəlməsi ilə qızmar cismin işıq parlaqlığı dərhal yüksəlir.bp17-pyrometer-5b

  •       Qızmış bərk cisim müxtəlif dalğa uzunluqlarına malik elektromaqnit dalğalarından ibarət tam-bütöv şüalanma spektrini buraxır. İşıq adlanan insan gözünün görə bildiyi elektromaqnit dalğaları eni 0,35mkm olan dar spektrli diapazona malik 0,40…0,75mkm dalğa uzunluğu olan şüalardır. Böyük dalğa uzunluğuna malik (≥ 0,75mkm) görünməyən şüalar şüalanma spektrinin 0,75…400 mkm diapazonunu əhatə edən infraqırmızı şüaları hissəsinə aiddir və bundan sonra infraqırmızı və görünən şüalar diapazonundan istifadə edilir. İş prinsipi istilik şüalanmalarının ölçülməsinə əsaslanan termometrlər-pirometrlər adlanır. Bu termometrlər 1000…6000oC və hətta daha yüksək temperaturlara nəzarət etməyə imkan verir. Bu cihazların digər bir üstünlüyü də qızmış cismin temperatur mühitinin ona təsirinin alınmasıdır, yəni ölçmə prosesində cihaz və mühit birbaşa qarşılıqlı kontaktda olmur. Ona görə də bu üsul kontaktsız adlanır.

Şüalanma pirometrlərinin növləri

  • Şüalanma qanunları əsasında aşağıdakı tip pirometrlər yaradılmışdır:
  • Qismən şüalanma pirometrləri (QŞP) -süzgəclə (yaxud qəbuledici ilə) spektrin hissəsində məhdudlaşan enerjinin ölçülməsində istifadə edilir;
  • Spektral nisbətən pirometri (SNP) -götürülən (fiksasiya) spektr hissəsinin enerjiləri nisbətlərini ölçür;
  • Toplam şüalanma pirometrləri (TŞP) -tam şüalanma enerjilərinin ölçülməsində istifadə edilir.a                                                                               Mənbə: Umudov Ümid (ADNSU Magistr-2)