Dəniz platformaları  okeanın dərinliklərindən neft və qazı çıxarmaq, eləcə də quyuların qazılması üçün lazımi resurslarla təmin olunmuş nəhəng strukturlardır.  Platformalar xam neft və qazı emal prosesinə göndərilənə qədər onlar üçün anbar rolunu oynayır, bir çox hallarda isə işçi qüvvəsinin yerləşməsi üçün də lazımi vəsaitlə təmin olunur. Tələbdən asılı olaraq, dəniz platformaları floating (üzən) və ya fixed  (qeyri-mütəhərrik)  ola bilər.

Suyun altında mövcud olan quyular platformalara boru xətləri vasitəsilə əlaqələndirilir. Dəniz platformaları onilliklər boyu kəskin mühitdə iş qabiliyyətini saxlaması  üçün lazımi möhkəmlikdə dizayn edilir və quraşdırılır. Bu platformalar adətən quruda hazırlanır və qazma sahəsinə transportasiya edilir.

“Fixed” platformalar

Bu tip platformalar suyun dibinə birbaşa quraşdırılmış, geniş polad və ya beton ayaqlara malik platformalardır. Onlar qazma qurğusu, istehsal avadanlıqları, eləcə də işçi heyəti üçün lazimi əraziyə malik olurlar. “Fixed” platformalar davamlı və uzun müddətli istifadə üçün əlverişli formada dizayn edilir. Normalda bu platformalar suyun 520m dərinliyində quraşdırılır, lakin lazım gəldikdə daha dərin ərazidə  də quraşdırıla bilər.

“Compliant Towers”

Bu qüllələr “fixed” platformaların mexanizmi əsasında  işləyir. Bu tip platformalarda polad və betondan olan  daha dar qüllələrdən istifadə edilir. Onlar “flexible” formada dizayn edilmişlər, belə ki, küləyin və dalğaların təsirindən onlar yellənə və ya yana doğru hərəkət edə bilərlər. Bu qüllələr dənizin 457-917 m dərinliklərində istismar edilir.

fixedplatform-16-wiki-19162

“Floating Production Systems”

FPSO ( floating production, storage and offloading system)  ən geniş yayılmış “floating” istehsal sisteminə aiddir. Təlabatdan asılı olaraq onlar həm “semi-submersible”, həm də qazma platformaları kimi fəaliyyət göstərirlər. Onlar əsasən neft və qazın emalı, saxlanması üçün istifadə edilir və suyun 60-3000m dərinliklərində quraşdırılır.

dalia-fpso-vue-media

 

“Semi-submersible” platformalar

Adından da göründüyü kimi, bu platformalar  istəyə uyğun olaraq bir yerdən başqa yerə hərəkət etdirilə bilən semi-submerged ( yarı sualtı) platformalardır. Onlar nəhəng lövbərlərə malik olub, dinamik yerdəyişmə prinsipi əsasında işləyirlər. Bu tip platformalar suyun 60-3000m dərinliklərində işləyə bilirlərsemi-submersible-drilling-rigs.

“Sea Star” platformalar

Bu platformalar “semi-submersible” tipli platformaların daha böyük formasıdır. Lakin, lövbərdən başaqa, onlar okeanın dibinə bərkidilmiş polad ayaqlar vasitəsilə birləşdirilir. “Sea Star” platformalar suyun 152-1067m dərinliyində quraşdırıla bilər.

seastar-16-wiki-19165

“Tension Leg” platformalar

Bu platformalar “floating” tipli platformalara aiddir. “Sea star” platformalardan fərqli olaraq, “tension” (dartıla bilən) ayaqlara malik olan bu platformaların ayaqları okeanın dibindən platformanın özünə qədər uzana bilir. Bu platformalar 2134m dərinliyə qədər olan sularda istifadə oluna bilər.

tension-leg-platforms

“Drillships”

“Drillship”lər dəniz gəmiləri olub, neft quyuları üzərində öz vəziyətlərini saxlayan, dinamik hərəkətetmə sistemi, qazma avadanlıqları ilə təchiz olunmuş platformalardır. Onlar əsasən kəşfiyyat xarakterli istifadə olunur və 3700m dərinliklərdə quraşdırılması mümkündür.

transocean_deepwater_insiration

Jack-up rigs

Bu tip platformaların ayaqları suyun dibinə bərkidilsə də lazım olduqda ayaqlar yığılır və platforma suyun üzərində hərəkət edə bilir. Bu platformalar adətən 120m dərinliyə qədər olan məsafələrdə istifadə olunur. Onlar bir yerdən başqa yerə hərəkət edə biləcək şəkildə dizayn edilir və onun ayaqları malik olduğu pərlər vasitəsilə suyun üzərinə qalxaraq  hərəkət edir.

%d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be