Elektrik mühərrikləri – elektromexaniki çevrici olub elektrik enerjini mexaniki enerjiyə çevirirlər. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərrikləri həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş  maşınlarını hərəkət etdirmək üçün tətbiq olunurlar.

Təsnifatı:
a1

Rotoru qısa qapanan  (Sincab qəfəsli) Mühərrik

  • Qısa qapanmış rotorun dolağı «dələ qəfəsi» şəkilində yığılır
  • Rotorun yuvalarına CU və ya Al çubuqlar qoyulur, bu çubuqların ucları  hər iki alın tərəfdən başlıqlara birləşdirilir, yəni qısa qapanmış olur.a2

Faz rotorlu(Bilərzikli) Mühərriklər

  • Digər rotor tipi isə faza rotorludur.Faza rotorun dolağı stator dolağı kimi üç fazalıdır.

Fazaların sarğacları ulduz birləşdirilir.Rotor dolağının sərbəst qalmış üç ucu rotorun

valında oturdulmuş kontakt üzüklərinə birləşdirilir.

  • Kontakt üzüklərinə söykənmiş tərpənməz fırçalarla rotor dolağının dövrəsinə

xarici reostatı qoşmaq olur.a3

Əlavə olaraq isə,

  • Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür.
  • Ventil mühərriklər – EM mühərrikləri olub qapalı sistemdən ibarətdir. Bu sistemə rotorun vəziyyətini təyin edən datçik, idarə sistemi və güc çevricisi daxildir.