Şüşə, 1500°C-yə qədər qızdırılmış qum, əhəngdaşı və sodanın birləşməsindən ibarət olan maddədir.Qarışıq soyuyan kimi qatılaşır və nəhayət bərk maddəyə çevrilir.Onun tərkibi 80% kvars qumu, qalanı isə soda və əhəngdən ibarətdir. Əhəng qatqısı şüşəyə parıltı və kimyəvi təsirlərə qarşı dözümlülük verir.

glassblowing_2013_slideshow_badge

Tarixçilər inanırlar ki,şüşəni qədim Misirlilər ixtira etmişdir.Arxeoloqlar burada, 5000 yaşlı şüşə muncuqlar tapmışdır.Bizim eradan təxminən 100 il əvvəl, Suriyalı sənətkarlar uzun və dar dəmir boru vasitəsilə, ərimiş şüşəyə hava üfürərək  içiboş qab və vaza düzəltməyi öyrənmişlər.Romalılar bu şüşəüfürmə texnikasından istifadə edərək gözəl sənət əsərləri düzəltmişlər.Onlar həmçinin, pəncərə üçün şüşə düzəltməyin yolunu tapmışdır.dsc08790-001

Roma imperiyasının süqutundan sonra, şüşədüzəltmə bir neçə əsrlik tənəzzül etdi.O, 8-ci əsrdə Orta Şərqdə yenidən canlandı və tez bir zamanda dünyanın digər hissələrinə də yayıldı.

murano-glass

15-ci əsrdə İtaliyanın Venesiya şəhərində şüşə ustaları kristal şüşə düzəltməyi kəşf etdilər.Venesiya nəfis şüşə  butulkaları ilə məşhur olmağa başladı və hələ də məşhurdur.Bir neçə Venesiyalı sənətkar öz işlərini Avropanın digər hissələrinə,məsələn, çox gözəl Bohem şüşə qabların hazırlandığı Almaniyaya apardılar.

hlava_7

17-ci əsrdə qurğuşun kristal şüşə ixtira olundu.Bu çox təkmilləşdirilmiş material optik linzalar, teleskoplar və mikroskoplar üçün istifadə olunurdu.

80-ci illərin sonlarında  şüşə butulka düzəldən maşınlar meydana gəlməyə başladı.1907-ci ildə Amerikalı Michael Owens, saatda 2500 butulka istehsal edən maşın ixtira etmişdir.O vaxtdan etibarən,çoxlu elmi kəşflər şüşənin keyfiyyətini təkmilləşdirdi və onun yeni istifadə yerləri tapıldı.

Bu gün şüşə,  pəncərələr, işıq lampaları, mətbəx vəsaitləri, izolyasiya və müasir elmi avandanlıqlar kimi bir çox yerdə istifadə olunur.Şərabdan kosmetikaya qədər minlərlə məhsul şüşə qablarda qablaşdırılır.Xoşbəxtlikdən,  yeni şüşəyə nisbətən təkrar emal üçün şüşənin emalı daha az enerji tələb edir və şüşə ekoloji təmiz maddə hesab olunur.

Şüşə haqqında maraqlı faktlar:

  1. Şüşə sınarkən, çat saatda 4828 km sürətlə hərəkət edir.
  2. Şüşə bir milyon ilə çürüyərək parçalanır.
  3. Şüşə dəfələrlə emal edilsə də 100 % keyfiyyətini saxlamış olur.
  4. Şüşəyə lazımi rəng verilməsi üçün onun tərkibinə metal oksidləri qatılır. Məsələn, mavi və ya tünd qırmızı rəng əldə etmək üçün şüşənin tərkibinə dəmir oksidi, açıq sarı rəng üçün uran oksidi, bənövşəyi və qəhvəyi rəng əldə etmək üçün nikel oksidi qatılır.
  5. Zirehli şüşələr necə hazırlanır? Gülləkeçirməz və ya zirehli şüşələrin hazırlanması üçün bir neçə qat şüşənin arasına xüsusi polimer plyonka əlavə edilərək bir birinin üzərinə qoyulur. Bundan sonra şüşələr sobada yaxşıca qızdırıldıqdan sonra xüsusi dəzgahlar vasitəsilə yüksək təzyiqə salınırlar. Bundan sonra zirehli şüşə əldə olunur.                          Mənbə:ESLlibrary.com