Şist qazı nədir?

Şist qazı şist süxurlarının formalaşması nəticəsində meydana çıxan təbii qazdır.Şistlər neft və təbii qazla zəngin olan xırdadənəli çökmə süxurlardır. Son onillikdə, xüsusilə, Amerikada horizontal qazma üsulu “hydraulic fracturing”-  hidroparçalanma üsulu ilə kombinə edilmiş və bunun nəticəsində də daha geniş şist süxurları ilə zəngin olan yataqlar əldə etmək mümkün olmuşdur.  Bu hadisə təbii qaz sənayesi və enerji təminatının bütünlükdə dinamikasını dəyişmişdir.

images

Təbii qazla şist qazı arasında nə kimi fərqlər var?

Onlar arasında fərq demək olar ki, yoxdur. Şist qazı  “limestone” (əhəngdaşı), “sandstone” (qum daşı) kimi təbəqələrdən təşkil olunmuş şist süxurlarında mövcud olan qazdır. Bu qazın tərkibində  təbii qaza  nisbətən karbon atomlarının miqdarı daha azdır və o, Avropada yaşayış, biznes və sənaye üçün daha etibarlı yanacaq mənbəyi hesab edilir.

hydraulic_fracturing_rev

“Hydraulic fracturing” – Hidroparçalama nədir?

Hidroparçalama üsulu əsasən yerin dərin qatlarından nefti və təbii qazı çıxarmaq üçün tətbiq edilən üsuldur.  Bu üsul şist qazının əldə edilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Şist yataqlarından şist qazı hal-hazırda məhz bu üsulla çıxarılır.  Hidroparçalama üsulunda süxurları parçalamaq üçün  mayedən istifadə  olunur. Bu maye (fracturing fluid) təxminən 99.95% sudan və tərkibində müəyyən qədər qarışıqlar olan qumdan ibarətdir.  “Fracturing fluid” yüksək təzyiq altında yerin təxminən 3km dərinliyində olan süxurlara yeridilir. Suyun təzyiqi nəticəsində süxurların səthində kiçik çatlar əmələ gəlir. Su özünə yol taparaq qumla birlikdə irəliləyir, nəticədə daha iri çatlar yaranır. Bu çatlar vasitəsilə təbii qazın yerin dərinliklərindən səthinə doğru hərəkət etməsi üçün bir keçid yaranır.

Hidroparçalama prosesi adətən quyunun istifadəsi başladığı andan fəaliyyətə başlayır və  quyunun qazılması, bazasının yaradılması, sementlənməsi kimi proseslər başa çatdıqdan sonrakı 3-5 gün ərzində onun fəliyyəti davam edir.

shale-gas-reserves