1. Musicxmatch

Əgər dinlədiyiniz mahnıların sözləri sizi maraqlandırırsa bu program tam sizə görədir. Əvvəllər bu programda mahnının sözləri ancaq  oxunulan dildə idisə, indi  bu program artıq sözlərin tərcüməsinə də yer ayırıb.

2. Best brokers

Bu programı xüsusilə 2 ci qruplara tövsiyə edirəm. Gələcəkdə yatırım etmək istəyən insanlar və iş adamı  olmaq istəyənlər bu program vasitəsilə praktika qazana bilərlər. Best brokers programı sizə hər hansı bir şirkətin (məsələn: Apple, Microsoft) hissələrini almaqla yatırım etməyə kömək edir(təbii ki, əsl hissə deyil) 

Bu programda hansı şirkətin gerilədiyini və ya irəlilədiyinə baxaraq yatırımınızı həmin şirkətə edə bilərsiniz.

3.Evernote. 

Bu şirkət açıldıqdan bəri sırf qeyd etmək üçün ən rahat yolları axtarmağa çalışır. Buna görə də siz öz qeydlərinizi rahatlıqla bu program vasitəsilə edə bilərsiniz.


Evernote-ni Android, İOS,WİNDOWS platformalarında və komputerdə istifadə edə bilərsiniz.

 

 

 

 

 

 

 

 

4.DESYGNER

Artıq təqdimat hazırlamaq  üçün ən məhşur program POWER POINT olsa da Desygner sizə telefonunuzda rahlıqla təqdimat hazırlamağa kömək edəcək .Bu programda minlərlə təqdimat şablonları ilə birlikdə facebook twitter kimi sosial səbəkələrə divar kağızlarınızı hazırlaya bilərsiniz

 

 

 

 

 

 

 

 

5.POCKET


Murphy qanunu: Önünə maraqlı bir şey çıxıbsa ya harasa tələsməli olacaqsan yada vacib bir işin olacaq.

Pocket sizə bu qanunu həyatınızdan çıxarmağa kömək edəcək. Siz bu program ilə önünüzə çıxan,marağınızı çəkən məqalələri qeyd edərək sonra oxumağa kömək edəcək. Bundan əlavə siz Pocket programının özündəki məqalələri də oxuya bilərsiniz . Bunun üçün Googlede hər hansı bir səhifədə oxuduğunuz məqalədə paylaş  düyməsinə basaraq pocketi seçirsiniz beləliklə məqalə pocketdə görünür.