Müasir dövrdə elmi-texniki tərəqqi texniki sahədə, o cümlədən avtomobil istehsalı və istismarı sahəsində ciddi yeniliklərlə müşahidə edilir. Bu yeniliklərə uyğun olaraq müvafiq sahədə istifadə edilən antimikrob birləşmələr – aşqarlar da müasir texniki tələblərə cavab verməlidir.Müasir dövrdə avtomobil sənayesində istifadə edilən benzin və yağların tərkiblərinin istismar şəraitinin tələblərinə uyğunlaşdırılması, həmçinin mövcud standartların tələblərinəmüvafiq olması daim aktuallığını saxlayan tədqiqat məsələsi kimi dəyərləndirilir.

Neft-kimya sənayesində istifadə edilən antimikrob birləşmələr benzinin və yağların istismar göstəricilərini aşağı salmadan onların istifadəsinin mümkünlüyünün təmin edilməsi tədqiqatların əsas məqsədi hesab edilir.Bu tədqiqat işlərində antimikrob birləşmələrin eyni zamanda müxtəlif istismar şəraitlərində – yüksək və aşağı temperaturlu iqlim şəraitlərində də müavafiq tələbatlar uyğun olmasının vacibliyi,struktur və xassələrinin dayanıqlığının təmin edilməsi əsas hədəf kimi dəyərləndirilir.Antimikrob birləşmələr – aşqarlar bir sıra yagların (hidravlik, energetik, transmissiya vəs.) tərkibinə əlavə edilir. Məlumdur ki, hidravlik yağlar işlənmə mexanizminə görə böyük
diapoza (avia, kosmos, yer mobilləri, çay və dəniz texnikası üçün;hidroötürmələr və müxtəlif aqreqatların yağ sistemləri üçün) malikdir. Müasir hidravlik yağların fiziki-kimyəvi və istismar xassələri funksional aşqarlardan – antioksidləşdirici, korroziyaya qarşı, yeyilməyə, köpüklənməyə qarşı və s. istifadə etməklə yaxşılaşdırılır. Bu aşqarların sırasında antimikrob birləşmələrin istifadəsinin əhəmiyyətini onların istismar müddətinin uzadılmasına, keyfiyyət göstəricilərinin uzun müddət qorunub saxlanmasına və s. müsbət təsirləri ilə izah etmək olar.
Məlumdur ki, texniki sahələrdə müxtəlif təyinatlı yağlardan geniş istifadə edilir. Məs.,energetik yağlar günümüzdə digər yağlarla birliktə öz əhəmiyyətini qoruyub saxlamaqdadır.Bu yağlar tərkibinin zənginliyi (turbin, elektroizolyasiya və kompressor yağları) ilə seçilir.Turbin yağları turboaqreqatlar və həmçinin müxtəlif sənaye mexanizmlərin də sirkulyasiya və hidravlik mexanizmlərin nizamlanma sistemlərində işçi maye kimi işlədilir.Transmissiya yağları kinematik özlülüyün səviyəsindən asılıdır. Bu yağlara aşqarların əlavə edilməsi ilə və aşqarsız istismarının nəticələrinin müqayisəli təhlili onların istifadəsinin əhəmiyyətini tam aydın şəkildə əsaslandırmağa imkan verir.

İstismar xassəsinə görə qruplar         Yağın tərkibi        Təklif olunmuş istifadə sahəsi
      1  Aşqarsız mineral yağ Yağın həcmində temperatur 90℃-ədək və 900-1600 MPa kontakt gərginliyində işləyən silindrik, konusvari və spiral ötürmə
     2 Yeyilməyə qarşı aşqarla mineral yağ Yağın həcmində temperatur 130℃-ədək, həmçinin kontakt gərginliyində 2100 Mpa-adək
     3 Orta keyfiyyətli Siyrilməyə qarşı aşqarlı mineral yağ Yağın həcmində temperatur 150℃-ədək, 2500 Mpa kontakt gərginliyinədək işləyən, silindrik, spiral konusvarivə hipoid ötürmə
     4 Yüksək keyfiyyətli siyrilməyə qarşı aşqar saxlayan mineral yağ Yağın həcmində temperatur 150℃-ədək, 3000 MPa kontakt gərginliyinədək işləyən, silindrik, spiral konusvari və hipoid ötürmə
     5 Yüksək keyfiyyətli siyrilməyə qarşı, çox funksiyalı,həmçinin universal yağ saxlayan mineral yağ Həcmdə yağın temperaturu 150℃-ədək,3000MPa kontakt gərginliyindən yüksəkdə zərbə yükü ilə işləyən, hipoid ötürmə