Bizim tez-tez ayaqqabı qutuları içərisində tapdığımız silikagel paketlərin sonu,  adətən, zibil qabında olur, ona görə ki, bizim zənnimizcə, onlar tamamilə istifadəyə yararsızdır, hətta toksikidir (zəhərlidir).

Lakin həqiqət budur ki, onların tərkibində hər hansı zəhər yoxdur. Bu paketlər yeyilməməli olan, ancaq evdə müxtəlif məqsədlər üçün istifadə edilə bilən silisium-dioksid (SiO2) adlanan maddə ilə doludur. O ətrafında olan hər şeyi quruda bilən qeyri-toksiki, inert (təsirsiz) quruducudur. Onları necə istifadə edə biləcəyimizlə tanış olaq.

İdman çantanızın içərisinə qoyun. Bu paketin əsas məqsədi əlavə nəmliyi absorbsiya etmək və ayaqqabını müdafiə etməkdir. Bakteriyalar, əsasən, yaş və rütubətli mühitlərdə inkişaf edir, beləliklə, bu sizə nəmliyi, pis qoxunu və bakteriyaları idman çantanızdan aradan qaldırmağa kömək edə bilər.

Onları dəsmalların arasına yerləşdirin. Dəsmallarınızın nəm olmasının və xoşagəlməz iy verməsinin qarşısını bir neçə paketi dəsmal şkafınızda yerləşdirməklə ala bilərsiniz.

Ülgüclərinizi daha uzun müddət istifadə edin. Ülgücləri hamamda nəm yerlərdə qoymaq əvəzinə hər hansı bir plastik qabın içərisinə bir neçə silikagel paketlə birgə yerləşdirin. Bu ülgücün uzunmüddətli istifadəsini təmin edəcək.

Suya düşmüş telefonunuzu xilas edin. Telefonunuz suya düşüb tamamilə islandıqda onu düyü bankası əvəzinə içərisi silikagel paketlərlə doldurulmuş bankaya qoyun. Bu daha effektiv olacaq.

Sisli maşın şüşələrinə son. Qışda silikagel paketlər həyat xilasedicisi olur. Sisin aradan qaldırılması üçün havalandırma sistemini gözləmək əvəzinə qabaq şüşənin aşağısına silikagel paketlər qoyun. Səhəri gün görəcəksiniz ki, şüşələr sisli deyil. Bu şüşələrin sislə örtülməsinin qarşısını almağın ən sürətli yoludur və siz özünüzü onları təmizləmək üçün lazım olan əlavə 10 dəqiqədən xilas etmiş olacaqsınız.

Köhnə şəkillərinizi qoruyun. Zaman keçdikcə köhnə şəkillər korlanır, bu isə xoşagəlməz haldır. Köhnə şəkillər olan qutuya silikagel paketlər qoymaqla onları korlaya bilən rütubətdən qoruyun.

Kosmetika vasitələrinizi qoruyun. Hər qadına makiyaj çantasında olan tozvari kosmetik vasitələri laxtalanmadan qorumaq üçün bir və ya iki silikagel paketi lazımdır.

Budur, həyatınızı asanlaşdıra bilən 7 maraqlı təklif. Gələn dəfə içərisində silikagel paketlər olan bir şey alsanız, onları atmayın, bu paketlər kifayət qədər faydalı ola bilər.

 Mənbə: mrhealthylife.com