Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur.

Bir tərəfdən, bu enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması üzvi (neft – qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaldır, enerjiyə qənaət edir, ekoloji şəraiti yaxşılaşdırır. Digər tərəfdən, müasir dövrdə dünya ictimaiyyətini narahat edən suallardan biri də budur ki, bəşəriyyət enerjiyə getdikcə artan tələbatı necə ödəyəcək? Hətta enerji böhranı həll edilsə belə, dünya gec – tez bu problemlə – bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi problemi ilə  üz-üzə dayanacaq. Bu mənbələrdən nə qədər aktiv istifadə ediriksə, onlar bir o qədər azalır və bahalaşır. Hesablamalara görə hələ bu günkü istismar tempi ilə daş kömür 400 – 500, neft və qaz isə maksimum 100 ilə çatacaq. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti , onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdir.

Qeyri – ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri aşağıdakılardır:

Biokütlə enerjisi (bioqaz);photo_5054

Külək enerjisi;

Günəş enerjisi;

Hidroelektrik enerjisi;

Geotermal enerji;

Dalğa enerjisi;

 Nüvə parçalanmasından yaranan enerji;  Termonüvə sintezi enerjisi;  Hidrogen yanacağı enerjisi;  Qabarma-çəkilmə enerjisi;   Dünya okeanının termik enerjisi.

Bu alternativ enerji mənbələrinin bəziləri haqqında daha ətraflı və maraqlı məlumatlar aşağıda verilmişdir:

Külək enerjisi– məhz bu hərəkətin (hava axınının) nəticəsidir və özü ilə daim bitib tükənmək bilməyən enerji daşıyır. İnsanlar qədim zamanlardan bu günə kimi bu enerjidən istifadə etmişlər. Vaxt keçdikcə, elm və texnologiya inkşaf etdikcə, insanların küləyin gücündən, enerjisindən istifadə üsulları daha da təkmilləşmiş və genişlənmişdir. Yer üzərində külək günəşin atmosferə təsirinin nəticəsində meydana çıxır. Əlbəttə burada yerin coğrafi relyefi, 214733öz oxu ətrafında fırlanması və bunun nəticəsində günəş tərəfindən qeyri-bərabər qızması kimi amillərin də rolu vardır. Küləyin enerjisindən istifadə üsulları müxtəlif ola bilər. Küləyin enerjisindən ilk vaxtlar yelkənli qayıqların hərəkəti üçün sonralar isə suvarma işlərində və dəyirmanlarda dən üyütmək üçün istifadə olunub Bugünkü dövrdə küləyin enerjisindən elektrik enerjisi istehsal etmək məqsədilə geniş miqyasda istifadə olunur. Bunun üçün külək elektrik stansiyaları qurulur. Müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur. Vaxt keçdikcə, dünyada enerji böhranının baş verdiyi bir vaxtda, küləyin enerjisindən istifadə səmərəlidir.

Günəş enerjisi– burada günəş enerjisi dedikdə əlbəttə ki, onun yer üzərinə gəlib çatan işıq və%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-7 istilik enerjisi başa düşülməlidir. Günəşin işığı və istiliyi yer üzərində həyatın mövcudluğu üçün böyük rol oynayır. Günəş nəhəng işıq və istilik mənbəyidir. Diametri 1400 000 km, kütləsi isə 2·1030kq, yəni yerin kütləsindən 333000 dəfə çoxdur. Günəşin tərkibi təxminən 81% hidrogendən, 18% helliumdan, qalan 1% isə digər elementlərdən ibarətdir. Günəşdə fasiləsiz olaraq hidrogenin helliuma çevrilməsi ilə nəticələnən istilik nüvə reaksiyaları gedir. Bu reaksiya sonradan daha ağır elementlərin yaranması ilə başa çatır ki, bu da günəşin təkamülünü müəyyənləşdirir. Günəş arasıkəsilmədən kainata külli miqdarda enerji saçır. Onun bir ildə kainata səpdiyi enerji 4·1023kVt·saat tərtibindədir. Bir ildə Günəşdən Yerə 2·1018kVt·saat işıq enerjisi düşür. Bu da dünyada insanların işlətdiyi enerjidən 30 min dəfə çoxdur. Günəş elektrik stansiyalarının yerləşdirilməsi üçün ən əlverişli yer quraqlıq və səhra zonalarıdır.

9-1_1398457680

Günəş batareyaları işığa həssas yarımkeçirici elementlərdir. İşıq bu fotoelementlərin üzərinə düşdükdə onlarda elektrik cərəyanı meydana çıxır.

Ən çox tətbiq olunan günəş batareyaları (Si) silisium monokristalından hazırlanır. Bunun səbəbi silisium monokristalının alınma texnologiyasının və ondakı p-n keçidin hazırlanma texnologiyasının yüksək səviyyədə işlənməsidir.

Qabarma və çəkilmə. Biz nəhəng hava okeanının dibində yaşayırıq və onun hərəkətinin qabarmanəticəsi olan küləyin enerjisindən istifadə edirik. Bəs sıxlığı havanın sıxlığından 800 dəfə artıq olan su okeanları haqqında nə demək olar? Dəniz və okeanlardakı axınların enerjisindən necə istifadə etmək olar? İlk öncə qeyd edək ki, buradakı proses, demək olar ki, hava axınındakı kimidir. Sadacə burada hava axını əvəzinə su axınından istifadə olunur. Həmin su axınının nə cür meydana çıxmasını aydınlaşdıraq. Ayın cazibə qüvvəsinin təsiri nəticəsində Yer, ilk növbədə isə yerin su təbəqəsi, Yerlə Ayı birləşdirən düz xətt boyunca hər iki tərəfə azca dartılır. Şəkildə bu dartılma sxematik olaraq göstərilib. Ay ilə Yeri birləşdirən düz xətt üzərindəki nöqtədə suyun səviyyəsi ən yüksək olur, bu yerdə qabarmadır.

Müstəvisi Ay–Yer istiqamətinə perpendikulyar olan və yerin mərkəzindən keçən dairə boyunca suyun səviyyəsi ən aşağı olur– bu yerdə çəkilmədir. Qabarma vasitəsilə çox böyük su kütləsi hərəkət edir. Bu enerjidən istifadə etmək üçün xüsusi sualtı turbinlərdən, qanadlı külək mühərriklərini xatırladan su pərlərindən istifadə etmək olar. Onların quruluş və iş prinsipi külək mühərrikləri ilə demək olar ki eynidir. Yalnız fərq ondadır ki, külək mühərriklərində pərləri hava axını hərəkətə gətirdiyi halda, bu sualtı qabarma turbinlərində pərləri su axını hərəkətə gətirir. Bu qurğular da külək mühərriklərində olduğu kimi 5 əsas hissədən ibarətdir:

1). Pər;lpturbine

2). Dişli çarx qutusu (multiplikator);

3). Generator;

4). Gövdə;

5). Dayaq;

 

Burada çayların enerjisindən də danışmaq yerinə düşər. Çaylardakı axar suyun enerjisindən insanlar qədim zamanlardan istifadə etmişlər. Bu məqsədlə külək çarxlarını xatırladan su çarxlarından istifadə olunurdu. Qədim su çarxları oxu ilə birlikdə sərbəst fırlana bilən çarxdan və bu çarxın çəmbərinə bərkidilmiş lövhəşəkilli qanadlardan ibarət idi. Müasir dövrdə müxtəlif quruluşa malik su çarxları və ya su turbinləri mövcuddur. Su çarxının bir hissəsi axan suya salınır. Qanadlarla qarşılıqlı təsirdə olan su çarxın axın istiqamətində öz oxu ətrafında fırlanmasını təmin edir. Məhz su çarxlarının bu xassəsindən istifadə edərək qədim vaxtlarda müxtəlif məqsədlər üçün məsələn, nəhəng çəkici qaldırıb-endirmək üçün, dəyirmanları işlətmək və s. üçün istifadə etmişlər. Müasir dövürdə isə su çarxları və su turbinləri əsasən su elektrik stansiyalarında generatorları işlətmək üçün tətbiq olunur.

  Geotermal mənbələr– bunlara yer üzərindəki təbii istilik mənbələri də deyə bilərik. 1316418218_imagesGeotermal elektrik stansiyasının iş prinsipi digər istilik elektrik stansiyalarının işinə oxşayır. Fərq ondadır ki, adi istilik elektrik stansiyalarındakı buxar turbininə verilən su buxarını, suyu mazut, kömür, təbii qaz və ya nüvə yanacaqının enerjisi ilə qızdırmaqla əldə edirlərsə, geotermal elektrik stansiyalarında bu buxar hazır şəkildə, yerin daxili enerjisi hesabına təbii yolla yaranır. Yaranmış buxarın istilik enerjisindən birbaşa və ya digər aralıq istilikötürücü vasitəsilə yararlanmaq olar. Bu səbəbdən də geotermal elektrik stansiyalarının birbaşa təsirli və qarışıq təsirli kimi tipləri fərqləndirilir. Alınan su buxarı turbinin pərlərinə yönələrək onunla təmasda olur və öz kinetik enerjisini pərin qanadlarına verir. Hərəkətə gələn buxar turbini ona qoşulmuş generatoru işlədərək elektrik enerjisi hasil edir. Soyumuş buxar kondensatorda kondensləşərək suya çevrilir və takrarən buxara çevrilmək üçün qızdırıcı boruya doğru yönəlir. Qızdırıcı qurğularda da istilik enerjisi borulardakı su vasitəsilə daşınır. Geotermal mənbələrin enerjisindən istifadə edərək evləri, yaşayış binalarını da qızdırmaq mümkündür.

Bioyanacaq– bu yanacağın istehsalı üçün xammal kimi biokütlədən istifadə olunur. Bu xammala həm bitki həm də heyvan mənşəlli üzvi madələr aiddir. Bunların mənbəyi isə planetimizin biosferidir. Belə xammal kimi bəzi kənd təsərrüffatı məhsulları istifadə olunur. Həmçinin bura bəzi yeyinti və məişət tullantıları, yonqarlar çöpü, buğda qalığı və s. aiddir. Onu da qeyd etməliyik ki, neftdən alınan yanacağa nisbətən biokütlədən alınan yanacaq təbiətə az ziyan vurur. Belə ki, biokütlənin yandırılmasından alınan karbon qazının əsas kütləsi yaşıl biokütlənin yetişdirilməsi yolu ilə təbii surətdə udulur. Lakin BMT dünyanın bir çox yerində düzgün siyasət aparmadan bioyanacaqlardan istifadənin gələcəkdə faydadan çox ziyan verəcəyini bildirir. Məsələn BMT-nin hesabatında qeyd olunur ki, bioyanacaqlardan istifadə gələcəkdə meşələrin məhv olma prosesini sürətləndirəcək və ciddi qida sıxıntısına səbəb olacaq. Hesabatda həmçinin o da qeyd olunur ki, bioyanacaqlardan istifadə gələcəkdə əkin sahələrinin əsas hissəsinin bioyanacaq bitkilərinə ayrılması prosesini sürətləndirəcək, bu isə qida məhsullarının bahalaşmasına və yoxsulluğun artmasına səbəb olacaq. Bütün bunlara baxmayaraq artıq dünyanın bir sıra ölkələrində bioyanacaq istehsalına başlanmışdır.

Bioyanacaq enerji problemini həll etməyəcək. Bunun əksini düşünməyə dəyməz. Dünyada aclığın və qida çatışmamazlığının baş verdiyi bir vaxtda hektarlarla sahəni əhatə edən tonlarla qidalı dənli və digər bitkiləri bioyanacaq istehsal etmək məqsədi ilə israf etmək məqsədəuyğun deyil. Bioyanacaq enerjiyə olan yüksək təlabat fonunda yalnız çox cüzi köməkçi variant ola bilər.Lakin çirkab suların və tullantıların emal edilərək faydalı məqsədlərlə istifadəsi, eləcədə onlardan hər hansı bir formada bioyanacağın və ya biyoqazın istehsalı perspektivlidir. Bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir. Bu qurğularda peyindən istifadə edərək bioqaz və gübrə istehsal olunur. Bioyanacaq istehsalı, bu qurğuların sınağı və təkmilləşdirilməsi sahəsində dünyada və eləcədə ölkəmizdə elmi-praktiki işlər görülür.

Mənbələr: ecosoil.edu.az ; qlobalenerji.az