Radar səviyyə vericiləri kontaktsız və fasiləsiz ölçmə tələb edən mürəkkəb şəraitlərdə tətbiq edilmək üçün dizayn edilmişdir. Radar səviyyə vericiləri sürətli səviyyə dəyişmələri müşahidə edilən dinamik proseslər üçün idealdır. %d0%b1%d0%b5İntelektual Radar səviyyəölçənlərin iş prinsipi neft və neft məhsulları saxlanan çənlərin üst tərəfinə quraşdırılmış radiolakator antenası vasitəsilə mayenin üst qatına radiomaqnit dalğaların (impulsların) ötürülməsi və həmin antena vasitəsilə də mayenin üst qatından əks olunmuş impulsların tutulmasına əsaslanmışdır. İmpulslararası məsafənin yekun müddəti çənlərin yuxarı zonası (maksimal hündürlük) ilə mayenin üst qatının arasındakı məsafəni təyin edən parametrdir. Boş çənlərdə 40 metr hündürlüyündə dolma zamanı impuls siqnalarının yayılma müddəti (işıq sürəti ilə) təxminən 0,000000133 saniyədir. Hal –hazırda radarlı sistemlərdə səviyyələrə nəzarət üçün əsasən iki texnologiya tətbiq edilir: fasiləsiz tezlikli –modullaşdırılmış şüalanmalı (FMCW – frequency modulated continuous wave) və siqnalın impulslu şüalanması.

FMCW səviyyəölçənləri üçün ideal olan, nəzarət olunan mühitin səthinin kifayət qədər böyük sahəyə malik olması, orada hər hansı bir həyacanlanmanın olmaması, rezervuarın özü isə hər hansı bir daxili konstruktiv elementdən tam azad olması hesab edilir.

Radarlı səviyyəölçənin konstruksiyası

Беh.png

1 – elektron bloku

2 – displey

3 – paylayıcı qutu

4 – kabel girişləri

5 – bərkitmə tərtibatı

6 –antenna

Radarlı səviyyəölçənlərin ən vacib elementlərindən biri onun antenna sistemidir. Ancaq, şüalanan siqnalın hansı hissəsinin nəzarət olunan səthə çatdığı və əks olunan siqnalın hansı hissəsinin qəbul olunduğu və növbəti emal üçün elektron blokun girişinə ötürülməsi antennadan asılıdır. Radarlı sistemlərdə səviyyələrə nəzarət üçün əsasən beş tip antennadan: ruporlu; çubuqşəkilli; boruşəkilli; parabolik; planarlıdan istifadə edilir.

Çubuqlu və ruporlu antennalar (Şəkil 1. a, b) texnoloji qurğularda səviyyələrə nəzarət cihazlarının tərkibində geniş istifadə edilir. Boruşəkilli antennalar (Şəkil 1. v) o halda tətbiq edilir ki, çubuqlu və ruporlu antennalarla ölçmələrin yerinə yetirilməsi böyük çətinliklərə səbəb olduqda yaxud mümkün olmadıqda məsələn, köpük olduqda, güclü buxarlanma yaxud nəzarət olunan mayedə yüksək turbulentlik olduqda tətbiq edilir.

Parabolik və planar antennalar isə (Şəkil 1. q, d) müstəsna olaraq neft məhsullarının kommersiya uçotu sistemində istifadə edilir. Qapalı tutumlarda səviyyələrə nəzarətdə radarlı səviyyəölçənlərin ən çox tətbiq olunduğundan onların antennaları rezervuarın daxilində yerləşdirildiyindən orada olan əlverişsiz (zərəli) amillərin təsirinə məruz qalır.

Bunlara aiddir: yüksək təzyiq, yüksək temperatur, aqressiv buxarlanma, toz və s. Sözsüz ki, antennaların konstruksiyaları və onların hazırlanması üçün istifadə edilən materiallar qeyd olunan bütün təsirlərə davam gətirməlidir. Bundan başqa, rezervuarların konstruksiyalarında böyük fərqlər mövcud olduğundan səviyyə-ölçənlərin quraşdırılmasında çoxlu problemlərə səbəb ola bilir.

Radarlı səviyyəölçənlərin antennalarının tipləri

Беhh.pnga – çubuqşəkilli

b – ruporlu

v – boruşəkilli

q –parabolik

d – planarlı

Radar sensor işləmə prinsipi

 

 

 

Mənbə: Ümid Umudov