Qeyd: Türkiyə və Avropa təhsil sisteminin ədəbiyyatları və bir çox praktiki bilgilər və araşdırmalar  əsasında tələblərə uygun,və mənimsənilməsi asan şəkildə, fərqli və yeni yanaşılma əsasında yazılmışdır.

Polimer sözü yunanca poli-çox,meros-parça deməkdir.Yəni çoxlu sayda manomerlərdən əmlə gəlmiş molekullara malikdir.

aaaa

  • Polimerlərin yeni kimyəvi üsulla alınması yolunun tapılması polimerlərin istehsalı sürətlə artmasına və onun tətbiq sahələrini zənginləşdirməsinə təkan verdi.Polimerlərin emalı nəticəsində hazır məhsullar alınır.Plastik kütlələr kimyəvi məhsul olub,yüksək molekkulu birəşmələrdən və uzun zəncirli polimerlərdən ibarətdir.Plastik kütlələr asan formalaşır,korroziyaya müəyyən qədər davamlıdır,bir çox aqressiv mühitlərə də davamlıdır,yaxşı rənglənir və xarici görünüşcə qənaətbəxşdir.Bir ton plastik kütlə 3-4 ton əlvan metalı əvəz edə bilir ki,bu da onun iqtisadi cəhətdən əliverişli olduğunu dəlalət edir.Plastik kütlələrin aşağıdakı xassələri vardır ki,bu da onların növlərini səciyələndirir.
  • Yüksək dielektrik xassəli:Plastik kütlələlər səsi və elektriki yaxşı izoliyasiya edə bilir ki bu da onun elektronika və elektrotexnikada tətbiqini mümkün edir.
  • Zərbəyə davamlı
  • Aqressiv mühitlərə davamlı:Yəni dəniz suyunda,neft məhsulları ilə çirklənmiş mühitlərə və rütubətə davamlıdır.Bu onun gəmiqayırma,neft və neft maşınqayırmasına tətbiqini mümkün edir.
  • İstiyə və şaxtaya davamlı
  • Elastiklik qabilyyəti
  • Asan formalaşma və.s

Bu müsbət xassələrə baxmayaraq plastik kütlələrin bəzi mənfi cəhətləridə vardır.

Yüksək temperaturlara və uzun müddət temperatur şəraitində işlədikdə,həmçinin uzun muddətli iş rejimində karroziyası baş verir ki nəticədə  xassələri pisləşir və istismara yararsız olur.Xassələrinə görə 3-tip plastik kütlələr vardır

  • Termoplastik
  • Termoreaktiv
  • Elastomerlər

1.Termoplastik kütlələr:yüksək temperatura qədər qızdırdıqda qızır sonra əriyir,soyudulduqda isə əvvəlki bərk halına dönür.Bu da onun bir neçə dəfə istifadə və emal olunmasına şərait yaradır.

2.Termoreaktiv kütlələr:Yüksək temperaturda qızdırıldıqda əvvəlcə qızır sonra isə əriyir,soyuduqda əvvəlki bərk hala düşür.Lakin bunu 2 –ci dəfə təkrar etmək olmur,yəni termoreaktiv kütlələr yalnız bir dəfə emal oluna bilir.

3.Elastomerlər: təməl olaraq, strukturlarında özlülüyü və elastiklik bir arada saxlayan, xətti polimerlər olan termoplastiklerin bir alt üzvüdür. Bu xüsusiyyətləri onlara yüksək nisbətdə vahid şəkil dəyişdirmə qabiliyyətini qazandırar.

Plastik kütlələr daşınması asan olsun deyə əsasən dənəvər şəkilli olur.bbbb