Matlab Math Work Inc. (ABŞ) şirkəti tərəfindən yaradılmışdır. Sistem ilk dəfə XX əsrin 70-ci illərində istifadə edilməyə başlansa da, onun çiçəklənmə dövrü 80-ci illərə təsadüf edir.Matlab (qısa- Matrix Labaratory-matris laboratoriyası) mühəndis və elmi hesablamaları yerinə yetirmək üçün nəzərdə tutulmuş interaktiv kompyüter sistemidir.
Matlabı elmi kalkulyator adlandırmaq olar. Burada proqramla vizual vasitələrin vəhdəti tədqiqatçılar üçün əvəzolunmaz imkanlar yaradır. Matlabın tərkibində olan və dinamik sistemlərin modelləşdirilməsi üçün nəzərdə tutulmuş “vizual-bloklu imitasiya modelləşdirmə paketi” Simulink xüsusi yer tutur. Simulinkdə avtomatik tənzimləmə sisteminin tipik element və blokları, funksional və vizuallaşdırma vasitələri kitabxanada olan hazır bloklar şəklində təqdim olunur. Proqram təminatı isə üzə çıxmayaraq arxa planda qalır. Blokların parametrlərini dəyişmək üçün parametrlər pəncərəsindən istifadəolunur. Simulinkdə müxtəlif modellər şəklində verilmiş idarəetmə obyektlərini modelləşdirmək mümkündür. Bunlardan ötürmə funksiyalarını və vəziyyət modellərini göstərmək olar. Bloklu imitasiya modelləşdirməsinə olduqca az vaxt sərf olunduğundan bir dərs saatı ərzində nəticələri almaq və daha çox məlumat toplamaq mümkündür. Matlabda hesablama elementi matris olduğundan modeli matris şəklində verilmiş sistemləri modelləşdirdikdə qurulmuş vektor Simulink sxemində matris və vektorları daxil etmək kifayyətdir.Tədqiqatların virtual xarakter daşımasına baxmayaraq praktiki tədbiqlərdə çox vacib olan biliklər qazanmaq mümkündür.Kitabda Matlabın aşağıdakı bölmələrindən istifadı olunmuşdur:
Symbolic Math Toolbox;

Signal Processing Toolbox;

Control System Toolbox;

Statistics Toolbox;

System Identification Toolbox;

Optimization Toolbox;

Simulink.

Kitabı buradan yükləyə bilərsiniz.