Bəzilərinə  3,14 kimi görünən Pi ədədi əslində çox maraqlı ədəddir.Deyə bilərsiz ki,”Axı bu cansıxıcı ədəd necə maraqlı olur?”Məndə 2 il əvvəl sizin kimi fikirləşirdim.Amma bir dəfə riyaziyyat müəlliməm mənə ev tapşırığı kimi Pi ədədi haqda məlumat hazırlamağı tapşırdı.Və mən o gündən bu ədədə heyran qaldım.Riyazi mənası odur ki,istənilən çevrənin uzunluğunu onun diametrinə bölsək cavab daima Pi ədədi edir.Pi ədədi əslində sonsuz bir irrasional ədəddir.Məsələ onun sonsuz olmasında deyil,məsələ onun həddlərinin təkrara yol verməməsidir.Bu xüsusiyyət də onu sehrli edir.Pi ədədində yaşamış bütün insanların doğum və ölüm tarixləri var.Məsələ bununla bitmir.Əgər rəqəmləri hərflərlə işarələsək bütün sözləri,insan adlarını biz görə bilərik.

Astronomik hesablamalar üçün bu ədədin vergüldən sonraki 40 həddi kifayət etdiyi halda,alimlər hələdə bu ədədi hesablayırlar.Kompüterlərin hesablaması nəticəsində vergüldən sonraki 13.3 trilyon hədd tapılmışdır.Pi-də hələlik bizə görə qanunauyğunluq yoxdu,amma bu çox gümanki var.

Bəzi insanlar bu ədədin 100,1000 və daha çox həddini əzbərləyirlər.Hətta bu ədədi əzbərləmək üzrə Ginnesin Rekordlar kitabında bölmə var.Hal-hazırda dünya rekordu hindistanlı bir şəxsə aiddir.O,vergüldən sonraki 70030 həddi əzbərləyərək bu rekorda sahib olub.Hətta Azərbaycanın öz rekorduda var.Bu rekordun sahibi olan F.Bəxtiyar 142 həddlə Azərbaycan rekordçusudur.Mənim isə öz rekordum 110 həddir.

Maraq üçün qeyd edə bilərəm ki,hər il martın 14-ü (14.03) dünyada Pi günü kimi qeyd olunur.

Son olaraq fikrimi Pi ədədini araşdıran alim-Devid Çudnoviskinin sözü ilə bitirmək istəyirəm.”Pi ədədinin içindəki qanunauyğunluğu tapmaq,kainatın içindəki qanunauyğunluğu tapmaq kimidir”.