Qeyd: Türkiyə və Avropa təhsil sisteminin ədəbiyyatları və bir çox praktiki bilgilər və araşdırmalar  əsasında tələblərə uygun,və mənimsənilməsi asan şəkildə, fərqli və yeni yanaşılma əsasında yazılmışdır.

     Plastik kütlələr,Ekustruziya,təzyiq altında tökmə,və presləmə üsulu ilə emal olunurlar.

Müxtəlif en kəsiyə malik,istənilən uzunluqda məmulatların hazırlanmasında ekstruziya üsulu tətbiq edilir.Polimer materialların formalaşdırıcı quruluşdan keçərək  məmulat və fabrikat alınmasına ekstruziya emal üsulu deyilir.Bu üsulla plyonkalar,təbəqələr,borular almaq olur.

Ekstruzer maşının quruluşu və iş prinsipi

Ekstruderdə plastik kütlələrin istehsalı prosesi yüksək təzyiq və temperatura əsaslanır.Ekstruderdə davamlı olaraq eyni tip plastik kütlə istehsal ediləcəksə bu Zaman onun ayrı-ayrı hissələrinin temperaturu qabaqcadan ayarlanmalıdır.Lakin ayarlanmış bu sabit temperatur müxtəlif səbəblərdən asılı olaraq dəyişir.Bu səbəblərə yuksək sürət,bir qapının açılması və ya baglanması,mühitin temperaturlarını göstərmək olar.Ekstruderdə olan avtomatik idarəetmə cihazi vasitəsilə emal prosesi üçün lazimi olan temperatur ayarlanır.Belə ki,ekstruzer üzərində qızdırıcılar yerləşir və emal prosesi üçün lazim olan temperatura çatdıqda həmin idarəetmə cihazı avtomatik olaraq qızdırıcıların fəaliyyətinin dayandırır.Əgər müxtəlif səbəblərdən temperatur aşağı düşərsə avtomatik olaraq həmin qızdırıcılar işə düşəcək.(on-off əmirləri)

Ekstruderdə təzyiqin təşkili ərimiş bircinsli plastik kütlə üçün çox vacibdir.Ekstruderin vidası boyunca təzyiqin necə paylanmasını dəqiq şəkildə aşkar etmək çətindir.Təzyiq vidanın geometriyasından,sürətindən,və emal olunan plasik kütlənin tərkibinə qatılan qatqılardan asılı olaraq dəyişir.

Əgər vidanın çıxış tərəfindəki müqavimət(əks təsir) böyük olarsa,bu zaman təzyiq vidanın qidalanma istiqamətinə yönələcəkdir.Bu isə ekstruderə material qebulunu ləngidəcəkdir.Buna görə də,vidanın təzyiqi uyğun olaraq ayarlanmalıdır. (Maşının xarici görünüşü)

dddd

Ekstruderin quruluşu və hissələri:

fff

1-mühərrik,motor.      2-bunker(materialı qəbul edən hissə)

3-soyuducu hissə         4-termocütlər

5-vint                             6-silindir

7-qızdırıcı                      8-başlıq

9-tor(üzəri deşikli lövhə)  10-kəsici(təstərə)

 

Ekstruderin ən əsas hissəsi:

Ekstruderin ən əsas hissəsi onun silindirində(6) yerləşən vintidır(5).

Spiral şəkildə dərinləşmə işləmi ilə hazırlanmış vintlər materialın irəliyə hərəkətini  təşkil edəcək şəkildə dizayn edilmişdir.Ekstruderə daxil edilən material toz şəkilli və ya dənəvər şəkilli olur.Materialın irəli hərəkəti silindirin daxili səthi,vintin xarici səthi və materialın səthi arasında baş verən cuzi sürtünmə nəticəsində baş verir.Əgər vintinı xarici səthi ilə silindirin daxili səthi arasında sürtünmə çox olduqda bu zaman materialın irəli getmə prosesi ləngiyir,yəni materialın silindirdə topalaşması baş verir,vint boş-boşuna dönməyə başlayır. (vintintəsviri)şəkil.

hhh

Vintlər 3-hissədən ibarətdir.

kkkk

Vintlərin uzunluğu (L) və çapı yəni diametri(D) ilə xarakterizə edilir.Termoplastik plastik kütlələr emal edən ekstruderlərdə vidanın uzunluği ilə çapı arasındakı nisbət 16/1 və ya20/1 olur.Bəzi ərimə temperaturu yüksək olan plastik kütlələr emal edən ekstruderlərdə isə bu nisbət 20/1 və ya 36/1 olur.Daha yüksək təzyiq yaradılması və ya daha yaxşı qarışımın hazırlanması nəzərdə tutularsa bu zaman material 2 və daha artıq vidadan keçirilir.Xüsusilə toz halında olan plastik materialların emalında bu üsul tətbiq olunur.

Sıxışdırma bölgəsindəki təzyiq ölçmə bölgəsinə dogru azalır ki,bununla da boşluqdakı hava kənarlaşdırılır və istilik nəqli artmış olur.Ekstruderdə emal ediləcək polimerin növündən asılı olaraq vidalar müxtəlif quruluşlarda olur.

Məsələn:naylon tipli tez əriyən polimerlər üçün vidanın sıxışdırma bölgəsi qısa,PVC(polivinil xlorid)-də isə uzun olur.Bu baxımdan müxtəlif növ vintlər mövcuddur.

llll