Transformator montajdan sonra ilk dəfə şəbəkəyə qoşulursa,onda tələb olunan bütün sınaq və xarici baxış tam həcmdə icra olunmalıdır.

  • Bütün mühafizə sisteminin işlək vəziyyətdə olmasına əmin olunmalıdır. (qaz, maksimal cərəyan, diferensial və s.) Qaz rellesinin kontaktı ilk qoşulmada transformatprun şəbəkədən açılmasına nizamlanmalıdır.
  • Maksimal mühafizə cərəyanının saxlama müddəti sıfıra bərabər köklənir.
  • Açarların (yağ, vakuum və s. ) işlək vəziyyətdə olması yoxlanmalıdır.
  • Çevirgəcin, intiqalının işlək vəziyyətdə olması yoxlanılmalıdır.
  • Transformatorun soyutma sisteminin, kranlarının vəziyyətinin tələb olunan vəziyyətdə olması yoxlanılmalıdır.
  • Yağgenişləndiricidə yağın səviyyəsinə baxılmalıdır.
  • İzolyatorda çatlar, qaralmalar və s. Olmamalıdır.
  • Transformatpr üzərində yad cismlər olmamalıdır.

Əgər transformator montajdan sonra üç ay müddətində şəbəkəyə qoşulmamışdırsa, onda aşağıdakı yoxlamalar aparılmalıdır.

  1. Transformatordan 50 C-dən aşağı olmayaraq yağ götürülməli və sınaq edilməlidir.
  2. Yağın baş izolyasiyasının R(60) /R(15) müqaviməti yoxlanılmalıdır.
  3. Transformatorun çevirgəcinin işçi vəziyyətdə olan dolaq müqaviməti sabit cərəyanla ölçülməlidir.

Transformatpr yağla doldurulduqdan 12 saat sonra şəbəkəyə qoşula bilər.image_diaporama_2.png

Transformator şəbəkəyə nominal gərginliklə təkanla qoşulur. Qoşulma əksər hallarda maqnitləşdirici cərəyanın sıçrayışı ilə baş verir. Ancaq diferensial mühafizə işə düşmür, çünki transformatpr ilk sınaq qoşulmasında həmin gərginliyə köklənmiş olur. Transformator şəbəkəyə yüksüz qoşulmadan sonra ən azı 30 dəqiqə işləməlidir. Bu zaman ərzində transformatoru diqqətlə dinləmək lazımdır. Bu zaman ərzində əgər transformatorda hər hansı bir qismi boşalma və ya hər hansı bir izolyasiya deşilməsi olarsa işləmədəki səsdə dəyişiklik olacaq. Transformator yüksüz işləmədə yoxlandıqdan sonra gərginlikdən ayrılır və yenidən mühafizə sistemi sazlanır.

İstosmara təhvil verilmiş transformatordan on gün sonra yağ nümunəsi götürülməli və sınaq edilməlidir. Yağın sınağını bir aydan sonra təkrar etmək lazımdır.

Mənbə:  “Azərişıq” Transformator təmiri sexi