QEYD:Bir çox ədəbiyyatlar müxtəlif praktiki bilgilər və araşdırmalar  əsasında tələblərə uygun,və mənimsənilməsi asan şəkildə yazılmışdır.

Mərkəzdənqaçma nasosu və onun iş prinsipi

Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir.Mərkəzdənqaçma nasosları dedikdə, tələb olunan basqı və təzyiqin köməyilə mərkəzdən qaçma qüvvəsinin hesabina işçi çarxın pərlərinə daxil olan mayeni nəql edən qurğu başa düşülür. Əsas işçi orqanı, val üzərinə yerləşdirilmiş və korpusun daxilində firlanan işçi çarxdır. Çarx bir-birindən müəyyən məsafədə yerləşən arxa və qabaq disklərdən ibarətdir. Pərlər arasındakı mexanizm işçi çarxın iş prinsipini tamamlayır.
be_cross_section

Mərkəzdənqaçma nasosların iş prinsipinin əsas mahiyyəti işçi çarxın fırlanmasl ilə nasosun işləməsi zamanı onun korpusunda yaranan mərkəzdənqaçma qüvvəsidir. Nasosun valı isə muftanın köməyiə elektrik mühərrikinə birləşdirilir. Elektrik mühərrikinin köməyilə nasos fırlanır, ardıcıl olaraq, işçi çarxın pərlərinə daxil olan maye nasosun korpusunda mərkəzdənqaçma qüvvəsi əmələ gətirir, korpus daxilində vakkum və təzyiq yaranır. Bu zaman yaranan təzyiqlər fərqinin hesabına maye işçi çarxdan spiral kameraya, oradan vurucu qola birləşən təzyiq borusunun köməyi ilə təzyiq hovuzuna nəql olunur.mnqqfig-3-55016

Bu tip nasosların iş prinsipindən və təyinatından asılı olmayaraq onun işini xarakterizə edən əsas parametrlər aşağıdakılardır:
— məhsuldarlıq; m3/saat; m3/dəq; m3/san;
— güc; vt :
— təzyiq; Pa :
— basqı; m:
— FİƏ (faydalı iş əmsalı); % :
— dövrlər sayı; dövr/dəq :
— buraxılabilən kavitasiya ehtiyat əmsalı ; m :

Məhsuldarlıq Q – nasos vasitəsilə vahid zaman ərzində basqılı boru xəttinə vurulan mayenin miqdarıdır. Bu kəmiyyət çox vaxtı m3/saat; m3/dəq; m3/san;
Güc N – nasosun vahid zaman (saniyədə) ərzində gördüyü işdir. Güc vahidi olaraq Vatt (Vt) qəbul edilir. Güc vahidləri arasında əlaqələr : 1 Vt = 1 C/san; 1 a.q. = 736 Vt = 0,736 kVt Nasosun gücü adətən stenddə təyin edilir.
Təzyiq p – nasosun yaratdığı təzyiq, onun basqı və giriş xətlərində yaranan təzyiqlər fərqi ilə, basqı və giriş xətlərində yaranan kinetik enerjilər fərqi ilə, manometr və vakumetr quraşdırılan şaquli xətt boyunca məsafədə yaranan müqaviməti dəf etmək üçün lazım olan təzyiqlər fərqinə bərabərdir, ölçü vahidi Pa-dır.
Tam basqı H – nasosun yaratdığı basqı, mayenin nasosa daxil olmazdan əvvəl və nasosdan çıxdıqdan sonra tam xüsusi enerjisinin fərqinə deyilir, ölçü vahidi m-dir.
FİƏ η – nasosun faydalı gücünün onun gücünə (vala düşən) olan nisbətidir, %-lə ifadə edilir.
Dövrlər sayı n – nasosun rotorunun dövrlər sayıdır, dövr/dəq.
Kavitasiya ehtiyatı Δh -Kavitasiya yalnız Mərkəzdənqaçma nasoslarında rast gəlinir və bunu bəzi hallarda “soyuq qaynamada”adlandırırlar.Buraxılabilən kavitasiya əmsalı Δh metrlə ölçülür. Kavitasiya səs-küy və vibrasiya ilə müşahidə olunur. Mərkəzdənqaçma nasoslarda kavitasiya hadisəsi işçi çarxın girişində və kürəklərdə müşahidə olunur. Nasosun kavitasiyasız işləməsi üçün nasosun girişində basqı elə qiymətə çatdırılmalıdır ki, nasosda maye axınının heç bir nöqtəsində təzyiq mayenin doymuş buxar təzyiqindən az olmasın. Kavitasiya yarandıqda nasosda aşağıdakı hadisələr müşahidə olunur:
1. Nasosun bütün hidravliki göstərişləri – məhsuldarlığı (Q), basqısı (H), gücü (N) və FİƏ (η) kəskin aşağı enir.
2. Nasos qurğusunun titrəməsi və xarakterik səs (uğultu, zərbə) eşidilir.
3. Təzyiqin ayrı-ayrı yerlərdə ani olaraq təzyiqin artması nəticəsində ən qorxulu hal, yəni maye axan kanalların eroziyası və dağılması, müşahidə olunur.

Bu nasosların əsas hissələri:
— işçi çarx;
— gövdə;
— istiqamətləndirici aparat və ya spiral kamera;
— val;
— rotor;
— kipkəc düyünü;
— yastıqlar və
— kipləşdirici halqalardan ibarətdir.

İşçi çarx adətən iki diskdən ibarətdir – ön və arxa disklər. İşçi pərlər (kürəklər) bu iki disk arasında yerləşir. İşçi pərlərin sayı adətən 6-dan 8-ə qədər olur. Bir ədəd işçi çarx 3000 dövr/dəq olduqda 200…250 m basqı yarada bilir. Yüksək təzyiq yaratmaq məqsədilə çoxpilləli (yəni işçi çarxları val üzərində ardıcıl yerləşdirməklə) nasoslardan istifadə olunur. Nasosun bir pilləsinin basqısını saxlamaq şərtlə məhsuldarlığı artırmaq üçün işçi çarx iki tərəfli maye girişlə hazırlanır

.carx

İstiqamətləndirici aparat – seksiyalı nasoslarda işçi çarxdan çıxan maye axınını lazım olan istiqamətdə yönəltmək və eyni zamanda onun çevirməkdən ibarətdir. İstiqamətləndirici aparat, üzərində pərləri olan iki hərəkətsiz halqadan ibarətdir.
Spiral kamera – işçi çarxdan müəyyən sürətlə çıxan maye axınını toplayır. Spiral kameranın davamı olan konusvari genişləndiricisində  sürət enerjisi təzyiq enerjisinə çevrilir.
Nasosun valı – mühərrikin burucu momentini nasosun valında tərpənməz vəziyyətdə yerləşən işçi çarxlara ötürür. Yığılmış vəziyyətdə val və işçi çarxlar birgə fırlanan nasos düyünü təşkil edir. Bu düyün rotor adlanır.

Rotor – nasosun rotoru val və işçi çarxdan və ya val ilə birlikdə bir neçə işçi çarxlardan ibarət ola bilər. Rotora ox istiqamətində təsir edən qüvvənin təsirini azaltmaq məqsədilə iki istiqamətli maye girişi olan işçi çarxlardan istifadə edilir və ya val üzərində iki ədəd əks istiqamətli maye girişi olan işçi çarxlar yerləşdirilir. Rotora təsir edən radial qüvvələri tarazlaşdırmaq üçün spirallar qoşa olmalı və ya bir-birinə nəzərən 180° bucaq altında yerləşdirilməlidir.

Kipkəc düyünü – nasosun ən məsuliyyətli düyünü hesab olunur, nasosun valının çıxan yerində maye sızmalarının qarşısını alır və eyni zamanda nasosda vakuum olduqda hava daxil olmasına imkan vermir. Kipkəcin pis işləməsi nasosu sıradan çıxarır və yanğın törədə bilər.
Yastıqlar – nasoslarda əsasən diyircəkli və sürüşmə yastıqlardan istifadə edilir.

Kipləşdirici həlqələr – nasosun gövdəsində və işçi çarxlar arasında qoyulur, əsasən nasosun gövdəsinin daxilində pillələr arasında maye sızmasının qarşısını alır.

İstifadə olunan məlumat vasitələri: Meliator.az ,Wikipedia.az,A.X.Mirzəcanzadə Hidravlika kitabı,Mərkəzdənqaçma nasosların özlü mayelərlə işləməsi kitabı