Son ikiyüzillikdə bütün dünya işlərinə sanki sehrli bir şəkildə yön verən bir “nemətə” çevrilib neft. Neftin yeni dünya üçün qurulan və elmin hər bir sahəsinə nüfuz edən sənayə effektində ən vacib bir element kimi çıxış eləməsi onun hələ günümüzdə belə ən qərarverici olma rolunu özündə saxlayır. Əlbəttə neft haqqında danışarkən ilk öncə neftin hansı region yaxud ölkələrdə aşkar olunması və həmin coğrafiyanın insanları tərəfindən hansı şəkildə dəyərləndirilməsi də önəm kəsb edir. Azərbaycan da xüsusilə öz ərazi böyüklüyü nəzərə alındıqda böyük neft və qaz ehtiyyatlarına sahib bir ölkədir. Azərbaycan həm də karbohidrogen rezervləri cəhətdən ona görə şanslı sayıla bilər ki, o çox önəmli geosiyasi bir ərazidə yerləşir və Xəzər dənizinin Azərbaycan sektorundan realizə olunan ehtiyatları müəyyən olunmuş müqavilələrlə Avropaya eləcə də Türkiyə və Gürcüstan kimi enerjiyə ehtiyacı olan qonşularına sata bilir. Bu nöqtədə qeyd etməliyəm ki, aşkar olunan nefti isə Yerin təkindən çıxarıb istədiyin kimi satmaq isə indiki dövrdə elə də sadə proses deyil. Bunun üçün neftin kəşfiyyatı mərhələsindən onun daşınmasına kimi hər mərhələ yüksək zəhmət tələb edir və işini bacaran mütəxəssislərlə mümükün ola bilər.

Azərbaycan “Əsrin Müqaviləsi” adlanan və hazırda 20-dən çox yaşı olan Bakı-Tbilisi-Ceyhan (BTC) xətti ilə ölkə neft sənayesi tarixində çox vacib bir layihə həyata keçirdi və BTC ümumilikdə xalq üçün xususi halda isə neft sənayesi işçiləri üçün çox bəyənilən bir addım kimi tarixə düşdü. “Əsrin Müqaviləsi” yalnız öz iqtisadi gücünə görə deyil həm də əvvəl qeyd olunduğu kimi neftin ixrac yollarının tapılması baxımından da çox incə və düzgün hesablanmış bir planın zəfərlə nəticələnməsinə görə belə yüksək dəyərə layiq görülmüşdü.
Bütün bu müddət ərzində Azərbaycan karbohidrogen ehtiyatlarına onlarla dünyanın nəhəng neft şirkətləri maraq göstərmişdir və göstərməkdə davam edirlər. Bu şirkətlərdə xarici mühəndislərlə bərabər azərbaycanlı mühəndislər də ölkə neft sənayesində var gücü ilə çalışıb öz töhvələrini verirlər.
Bütün bunları nəzərə alaraq təbii olaraq deyə bilərik ki, Azərbaycanda neft sənayesi sadəcə bir maddi məfhum kimi deyil həm də ona bir mənəvi məfhum kimi yanaşılır, yəni onun milli bir dəyər olması və xalqın çətin günlərində onun insanlara bir “xilaskar” kimi yetişməsi insanlarda neftə və neft sənayesi və bu sahənin işçilərinə fərqli bir prespektiv qazandırır.
Neftin çıxarılması məlumdur ki, həm quruda, həm də dənizdə aparılır. Nəticə olaraq hər bir iş şəraitinin çətinlikləri və yüksək məsuliyyət tələb edən situasiyaları olur. Dəniz şəraitində olan iş şəraiti bəzən insanları sınağa çəkə bilir. Buranın qış aylarında soyuq küləyi və bəzən hətta on metrlərə çatan dəniz dalğaları öhdəsindən gəlinə bilməyən problemlərə çevrilə bilər və neftçilərin həyatı bahasına başa gələ bilər. Təəsüf ki, sənayenin hər yerində olduğu kimi neft sahəsində də belə təhlükəli iş situasiyaları olur. Bütün bu çətinliklərdən özünü sığortalamaq üçün isə əlbəttə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) qaydalarına tam dəqiqliklə əməl etmək və heç bir yavaşlama göstərmədən iş rejimini davam elətdirmək vacibdir. Burada isə başda SƏTƏM mühəndisləri olmaqla bütün ekipaj nəfərləri öz işlərinə məsuliyyətlə yanaşmalıdır.
Son onillikdə neft-qaz sənayesi olduqca sürətli inkişaf etməsinə və önümüzdəki onillik üçün belə meqa şirkətlərin ciddi prespektivlər axtarışında olmasına baxmayaraq alternativ və elektrik enerjisinin sənayedə istehlak həcmi sürətlə artır. Hansı ki, bu artım artıq 150-dən çox yaşı olan neft dövrünü yavaş-yavaş sıxışdırıb çıxarma iqtidarındadır.

Ülvi  Yunis
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,   MSc II