Qeyd:Bu mövzu Mexanika və Mədən fakultəsinin tələbələri və nasoslarla maraqlanan şəxslər üçün daha önəmlidir.

-Porşenli(silindirli) nasoslar həcmi hidravliki maşınlar qrupuna aid olub mayenin sıxışdırılmasına yəni,silindir daxilində mayenin porşen vasitəsilə sıxılmasına əsaslanır(Çarxqolu-sürgüqolu mexanizminə)

поршневые насосы ile ilgili görsel sonucu
Porşenli nasosun xarici görünüşü(elektrik mühərriki ilə birlikdə)

Quruluşunun sadə olmağı və az verimlərdə yüksək təzyiq yaratmaq qabilyyətinə görə digər nasoslardan xüsusilədə mərkəzdənqaçma nasoslarından daha geniş yayılmışdır.Təyinatınadan vurulacaq mayenin növündən asılı olaraq 2 konstruksiyada 1)porşenli və 2)plunjerli olurlar.Bu konstruksiyalar hidravlik nöqteyi nəzərdən eynidir,yalnız işin ayrı-ayrı vaxtlarında fərqli olur.Məsələn:yüksək təzyiqlərdə(10-20MPa) plunjerli az təzyiqlərdə isə porşenli konstruksiyaya malik nasos istifadə edilir.Quruluşlarına görə aşagıdakı kimi təsnifat edilir

1.Silindirin yerləşməsinə görə:

  • üfüqi yerləşdirlmiş
  • Şaquli yerləşdirilmiş

2.Silindirlərin sayına görə:

  • Bir silindirli
  • İkisilindirli
  • üç silindirli
  • çox silindirli

3.İş zamanı silindirin təsirinə görə:

  • birtəsirli (sadə nasoslar) – birtərəfli birsilindrli
  • ikitəsirli – iki birtərəfli (sadə) silindrli və ya ikitərəfli birsilindrli
  • üçtəsirli – üç birtərəfli (sadə) silindrli;
  •  diferensial
  • –dördtəsirli – dörd birtərəfli silindrli və ya ikitərəfli ikirsilindrli;
  •  beştəsirli – beş birtərəfli silindrli və s.

4.silindrdə işçi sahələrin sayına görə:

  •  birtərəfli  –
  • ikitərəfli

Mərkəzdənqaçma nasoslarla müqayisədə porşenli nasoslar əsas etibarilə aşağıdakı üstünlüklərə malikdir:

1) iş vaxtı yüksək təzyiq yaratmaq qabiliyyətinə;

2)yükəközlülü mayeləri vurma qabiliyyətinə;

3) işə salmazdan qabaq, nasosun gövdəsinin və sorma boru kəmərinin maye ilə doldurulmasına ehtiyacı yoxdur;

4) belə nasoslar dozator nasosları kimi də işlədilə bilər;

5) belə nasosların klapanları (sorma və vurma) vardır və s.

                      PORŞENLİ(SİLİNDİRLİ ) NASOSUN İŞ PRİNSİPİ

поршневые насосы схема ile ilgili görsel sonucu 

 

Bu şəkil birtəsirli birsilindirli sadə porşenli nasosun sxemi verilmişdir.(hissələrə diqqət edək)

1 – porşen; 2 – silindr; 3 – işçi kamera; 4 – sorma klapanı; 5 – sorma borusu; 6 – vurma klapanı; 7 – vurma borusu; 8 – qəbul toru; 9 – ştok; 10 – sürüngəc; 11 – sürgüqolu; 12 – elektrik mühərriki ilə birləşdirilmiş çarxqolu.

Burada silindirin(2) daxilində yerləşən porşen(1) geri hərəkət etdikdə işci kamerada(3) təzyiq azalır sorma qlapanı(4) açılır və maye içci kameraya dolur və porşenin irəli hərəkətində işci kamerada təzyiq artır sorma qlapanı bağlanır vurma qlapanı(6) açılır və maye vurulur.

İki və daha çox silindirli nasoslarda isə çarxqoluları dirsəkli val ilə bir-birinə birləşdirilir və buda ötürücü vall vasitəsilə elektrik mühərrikinə birləşdirilir.

Birtəsirli və ya İkitəsirli nasos dedikdə yəni onun 1və ya 2 sorma və vurma borusu var deməkdir.

 

два эффективных поршневых насосов ile ilgili görsel sonucu

Bir təsirli porşenli nasosun işci kamerasının sxemi.

Birtəsirli porşenli nasoslarda sorma hündürlüyü praktiki olaraq 6 m-dən artıq olmamalıdır. Hündürlük bu qiymətdən artıq olduqda nasos sorma qabiliyyətini itirir.

Sonda qeyd edə bilərəm ki,Porşenli(silindirli) nasoslar qazma texnikasında nasos dövran sistemi avadanlıqlarında qazma nasosu kimi tanınır.O burada gil məhlulunu quyuya yüksək təzyiqlə vurmaq üçün istifadə edilir.

 

By:    Neft-Mexanika fakultəsi 3-cü kurs tələbəsi, ƏLİYEV cƏLİL