Bütün qapalı(əks əlaqəli) ATS-lər birbaşabirbaşa olmayan tənzimləmə sistemlərinə bölünürlər.

Birbaşa tənzimləmə sistemlərində ─ tənzimləyici orqan birbaşa həssas element vasitəsi ilə hərəkətə gətirilir və bu sistemlərdə əlavə enerji mənbəyinə ehtiyac olmur, məsələn, elektrik generatorunun fırlanma sürətinin və gərginliyinin tənzimləmə sistemlərində olduğu kimi.

Bu sistemlərin əsas üstünlüyü ─ sadəlitidir, onlarda aralıq və icra elementləri olmur.

Bu sistemlərin çatışmayan cəhəti ─ dəqiqliklərinin elə də yüksək olmamasıdır. Bu onunla əlaqədardır ki, əgər hər hansı həssas elementin çıxışından müəyyən güc alınırsa, onun dəqiqliyi kəskin aşağı düşür.

     Birbaşa olmayan tənzimləmə sistemlərində ─ fərq(xəta)  siqnalını gücə görə gücləndirən qurğu olur. Bu qurğu əlavə enerji mənbəyi tələb edir. Nəticədə  siqnalı əlavə enerji mənbəyindən qidalanan güc gücləndiricisini idarə edir ki, onun da çıxış siqnalı tənzimləyici orqanı idarə edir. Beləliklə, bu sistemlərdə əlavə enerji sərfi hesabına daha böyük gücə malik olan tənzimləmə obyektləri idarə oluna bilir. Aydındır ki, bu halda tənzimləmə dəqiqliyi kəskin artır. Bu halda ATS-in strukturu mürəkkəbləşir, lakin daha dəqiq tənzimləmə həyata keçirildiyindən müasir ATS-lərdə üstünlük birbaşa olmayan tənzimləmə strukturlarına verilir.