Məntiq elementləri 2 yerə bölünür: 1) Sadə məntiq elementləri; 2) Mürəkkəb məntiq elementləri.

Sadə məntiq elementləri aşağıdakılardır:

  1. NOT(YOX);
  2. YES(BUFER);
  3. AND(VƏ);
  4. OR(VƏ YA).

                                                    “NOT” məntiq elementi

NOT(YOX) məntiq elementi bir girişə və bir çıxışa malik olub, giriş siqnalı üzərində inversləmə əməliyyatı əmələ gətirir. “NOT” məntiq elementinin sxematik təsviri belədir:

not-elementi

                                                “NOT” məntiq elementi

NOT” elementləri invers siqnal almaq üçün və əks kodun alınması üçün istifadə edilir. Əks kod əlavə kodun alınması və onun hesabına çıxma və bölmə əməliyyatlarını həyata keçirmək üçün istifadə olunur. “NOT” elementi düz kodla əks kodun və əlavə kodun alınmasıdır. Hal-hazırda texnologiyalarda  “NOT” elementləri 3 variantda hazırlanır:

1) Sadə məntiq çıxışlı mikrosxemlər: Bu elementləri ümumi şinə qoşmaq olmaz.

2) 3 vəziyyətli elementlər: İşarəsi: . Bu elementlərin informasiya girişindən başqa xüsusi girişləri var.   Bu elementləri eyni xəttə qoşmaq mümkündür.

3) Açıq kollektorlu sxemlər: Bunları 2 və daha çox şinə qoşmaq mümkündür. Bu sxemləri işlətmək üçün müqaviməti hesablayıb qoşuruq.

                                                       

                                                       “YES” məntiq elementi

     YES(BUFER təkrarlayıcı)-bu element çıxışında giriş siqnallarını təkrarladığından təkrarlayıcı adlanır. YES məntiq elementinin girişində nə olursa, çıxışında da həmin qiymət olur.

                                                         “AND” məntiq elementi

     Bu element ən azı 2 girişə malik olub və giriş siqnalları üzərində məntiqi vurma(konyuksiya, üst-üstə düşmə, “sinxronlaşdırma”-giriş siqnallarının yüksək səviyyəsinə görə) funksiyasını yerinə yetirir. “AND” məntiq elementinin sxematik təsviri belədir:

and-elementi

                                                         “AND” məntiq elementi

     “AND” elementində artıq qalan elementlərin taleyi aşağıdakı kimi olur:

1) AND elementinin artıq qalan girişlərinə vahid siqnal verilir.

2) AND elementinin artıq qalan girişlərindən birini digəriylə qısa qapayırıq.

AND” elementləri 2, 3, 4 və 8 girişli olur. Əgər az girişli elementlərdən çox girişli element qurmaq tələb edilirsə, aşağıdakı məsələyə diqqət yetirmək lazımdır:

  • Elementlərin və elementlərarası birləşmələrin sayı minimal olmalıdır.

 

“OR” məntiq elementi

     Bu element ən azı 2 girişə malik olub, giriş siqnalları üzərindən məntiqi toplama(dizyunksiya, üst-üstə düşmə, “sinxronlaşdırma”-giriş siqnallarının aşağı səviyyəsinə görə) funksiyasını yerinə yetirir. “OR” məntiq elementinin sxematik təsviri belədir:

or-elementi

                                                 “OR” məntiq elementi

“OR” elementində girişlərin sayını artırmaq “AND” elementində olduğu kimidir. Elementin artıq qalan girişlərini

1) “AND”-də olduğu kimi digər girişlə qısa qapamaq;

2) Girişlərdən birinə “0” siqnalı vermək lazımdır.