C dili

 

Denis Riçi (Dennis MacAlistair Ritchie)
Məşhur C dilini yaradan. UNIX  sisteminin əsas yaradıcılarından biri.

Brayn Kernihan (Brian Wilson Kernighan)
Məşhur və uzun illər bestseller olan “C proqramlaşdırma dili” kitabının Denis Riçi ilə birgə müəllifi.

FORTRAN dili

 

Con Bekus (John Backus)
İlk yüksək səviyyəli proqramlaşdırma dili olan FORTRANIN yaradıcılar qrupunun rəhbəri.

Java dili

 

Ceyms Qoslinq (James A. Gosling)
Məşhur Java dilinin müəllifi.

C++ dili

Byorn Straustrup (Bjarne Stroustrup)
Danimarkalı proqramçısı – məşhur C++ dilinin müəllifi.

C# dili

 

Anders Heylzberq (Anders Hejlsberg)
Bu isə bizim öyrəndiyimiz C# dilinin əsas yaradıcısı. Danimarkalı proqramçı tək bu işi ilə tananmamışdır. Onun yaratdığı Pascal kompilyatoru MS-DOS əməliyyat sistemində işləyən məhşur Turbo Pascal -ın əsasını təşkil etdi. Sonralar Borland şirkətində inqlabi interfeysi ilə və sairə üstünlükləri ilə sevilən Delphi -ni yaratdı. Əgər yanılmıramsa, interfeysin intellektual köməkçi sistemləri elə Delphi-dən başladı.

Pascal dili

 

 

Niklaus Virt (Niklaus Wirth)
İsveçrəli alim Virtin kompüter aləmində olan dəyəri danılmazdır. O əsasən Pascal proqramlaşdırma dilinin yaradıcısı kimi hamımızın yadımızda qalacaq. Bu dil o 1970-ci ildə yaradılıb. Dil görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofu Blez Paskalın şərəfinə olaraq təyin edilib. Ciddi tipləşdirmə və struktur proqramlaşdırmaya əsaslanan bu dil uzun illər təhsildə geniş istifadə olunub və neçə-neçə proqramçılar nəslini yetişdirib. Ümumiyyətlə struktur proqramlaşdırmanı çox vaxt onun adı ilə bağlayırlar. Virtin yaratdığı başqa dillər – Euler (1963), Algol-W (1966), PL360 (1968), Modula (1976), Modula-2 (1979), Oberon (1988).

BASIC dili

 

Tomas Kurtz (Thomas Eugene Kurtz, şəkildə solda) və Con Kemeni (John George Kemeny).

Tomas Kurtz macar əsilli amerikalı riyaziyyatçı Con Kemeni ilə birgə 1964-cü ildə məhşür yüksək səviyyəli proqramlaşdırma dilini yaratdılar. BASIC (ingilis dilində əsas sözü kimi tərcümə edilir, lakin bu dilin adı həm də abbreviaturadər – Beginner’s All-purpose Symbolic Instruction Code, yəni  yeni başlayanlar üçün simvolik təlimatların universal kodu). Bu dil bu günə qədər yaşayır. Hal-hazırda VisualBasic.NET dili öz əcdadına çox oxşamasa da, BASIC ən uzunömürlü dillərdən sayıla bilər.

Objective C dili

 

Bred Koks (Brad Cox)
Hal-hazırda Apple sistemində istifadə olunan Objective C dilinin müəllifi.

Perl dili

Lari Uol (Larry Wall)
Çox gözəl Perl dilinin yaradıcısı linqvist Lari Uoldur. Bu dilin adının mənası — Practical Extraction and Report Language, yəni Verilənlərin çıxarılmasının və hesabatın hazırlanması üçün praktiki dil.

Python dili

 

Qvido van Rossum (Guido van Rossum)
Hollandiyalı proqramçı Python (piton) dilini əsas yaradanıdır.

Ruby dili

 

Yukihiro Matsumoto (Yukihiro Matsumoto)
Yaponiyalı proqramçı 1995-ci ildə Ruby (rubin) adlı dili yaratdı.

PHP dili

 

Ramsus Lerdorf (Rasmus Lerdorf)

LISP dili

Con Makkarti (John McCarthy)
Məşhur funksional dili LISP (LISt Processing language — siyahıların işlənməsi dili) Con Makkarti tərəfindən yaradılmışdır.

JavaScript dili

 

Brendan Ayk (Brendan Eich)
Hal-hazırda Mozilla Corporationun baş mühəndisi işləyən Brandan Ayk 1995-ci ildə Netscape Naviqator üçün bu məşhur skript dilini yaratmışdır.