Fərz edək ki, gücləri 40 W , gərginliyi 120 V və 100 W , 120 V olan 2 lampanı ardıcıl qoşmuşuq. Bu zaman hansı lampa daha parlaq yanar? Digər halda bu lampaları parallel qoşsaq hansı lampa daha parlaq yanar? Hər şeydən öncə müqaisə etmək lazımdır, çünki 120 V qida gərginlikli 40 W lampanı 220 V gərginlikli mınbəyə qoşsaq işləməz (yana və ya partlaya bilər), yəni bir cihaz nominal gərginliyindən yuxarı gərginliklərdə işləməz.

Lampanın müqaviməti eyni gərginlikdə nominal gücü ilə tərs mütənasibdir.

P = (V * V) / R

Deməli, güc ötrülməsi (itgisi) daha çox olan lampa daha parlaq yanacaq.

Nəzəri hissə:

  1. Ardıcıl qoşulma zamanı dövrədəki bütün elementlərdən keçən cərəyan eyni olur. Belə olan halda 40 W-lıq lampa və 100 W-lıq lampa ardıcıl qoşulduğu zaman bunlardan eyni cərəyan axacaq. Hər birindəki güc ötürülməsi hansı lampanın daha parlaq yanacağını təyin edəcək. P = (I * I) R əlaqəsindən, cərəyanlar eyni olduğu üçün güc paylanması daha yüksək müqavimətli lampa üçün daha çox olacaq, yəni 40 W-lıq lampa.

Dolayısıyla 40 W-lıq lampa ardıcıl bağlanma zamanı daha parlaq yanacaq.

  1. Paralel qoşulma zamanı isə hər elementin gərginliyi eyni olur. Belə ki, 40 W-lıq lampa və 100 W-lıq lampa parallel bağlandıqda bunlardakı gərginlik düşküsü eyni olacaq( baxılan halda 220 V). Hər birindıki ötürülən güc hansı lampanın daha parlaq yanacağına dəlalət edəcək. P = (V * V) / R uyğunluğundan , gərginlik eyni olduğu üçün güc paylanılması daha kiçik müqavimətli lampa üçün daha yüksək olacaq, yəni 100 W-lıq lampa.

Qısası 100 W-lıq lampa parallel qoşulma zamanı daha parlaq yanacaq.

Qeyd: Hər zaman lampaların parallel qoşulduğunu xatırlayın , daha yüksək nominal gücə sahib lampa daha parlaq yanar və ardıcıl qoşulmada daha kiçik güclü lampa daha parlaq yanar.

 

p1

p2

 

Son nəticə: Qoşulma növündən (ardıcıl və ya paralel) alılı olmayaraq n sayda lampadan hansının daha parlaq yandığını hesablamaq üçün hər bir lampadan nə qədər güc axdığını hesablamaq yetərlidir və ən çox güc axan lampa ən parlaq olacaq.