Bugünki yazımın mövzusu bakalavr illərində qalibi olduğum “KCA Deutag” şirkətinin ADNSU tələbəri üçün təşkil etdiyi tələbə təqaüd proqramına müraciət zamanı tələb olunan 2 yazılı və 1 video esse haqqındadır.Yəqinki bir çoxunuzun proqram haqqında məlumatı var. Məlumatsız olanlara da mən qısaca məlumat verim. Dünyanın aparıcı qazma şirkətlərindən olan KCA Deutag şirkəti hər il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 8 tələbəsinə təqaüd qazanmaq şansı verir. Təqaüd proqramına aşağıdakı mühəndislik sahələrində təhsil alan üçüncü kurs tələbələri müraciət edə bilər.

  • Neft-Qaz Mədən mühəndisliyi
  • Neft-Mexanika mühəndisliyi
  • Energetika
  • İstehsal Proselərinin Avtomatlaşdırılması mühəndisliyi.

Tələb olunan sənədlər haqqında da məlumat verdikdən sonra əsas mövzuya keçəcəm. Sənədlər sözü sizi qorxutmasın, böyük hissəsini universitetdə olan zaman hazırlaya bilərsiniz.

  • Bu yazını oxuduqdan sonra vaxt itirmədən özünüzə yaxşı bir CV hazırlayırsınız. Əgər CV varsa, məhz bu təqaüd proqramı üçün düzəlişlər etməyinizdə fayda var.
  • Daha sonra universitetə getdiyiniz zaman fakültə dekanatlığınızdan akademik transkriptinizi tələb edin və mümkün qədər tez bir zamanda hazırlamaqlarını xahiş edin. Bu sənəddə təhsil aldığınız müddət ərzindəki qiymətlərinizin siyahısı olur.
  • Transkripti əldə etdikdən sonra vaxt itirmədən düşürsüz universitetin mətbəəsinə. Orada şəxsiyyət vəsiqəsiniz və tələbə biletinizin surətini çıxartdırın. Əgər varsa, əldə etdiyiniz sertifikatlarının da surətlərini sənədlərə əlavə edə bilərsiniz. Bu sertifikatlar sizin biliklərinizin bir göstəricisi ola bilər. Yoxdursa da narahat olmağa dəyməz.

Gəldik çatdıq yazımızın mövzusu və işin yaradıcı tərəfinə. Çox vaxt məhz bu esselərin düzgün yazılış qaydalarını bilmədikləri üçün onlarla tələbə proqrama müraciət etməkdən çəkinir. Ümid edirəm ki, bu yazı sizin üçün faydalı olacaq. Sizdən 2 yazılı və 1 video esse tələb olunur. Mövzular aşağıdakı kimidir.

  • Yazılı essay 1 – What are you most proud of professionally and/ or personally and why? In addition, describe a situation where you failed.
  • Yazılı essay 2 – What are your short/long-term career goals and how the Scholarship will help you to achieve them?
  • Video essay – We strive to identify and cultivate leaders who follow their purpose. How would you understand the meaning of leadership? Please describe your leadership style and provide an example via a brief video statement in English.      (1 minute)

Essay 1

What are you most proud of professionally and/ or personally and why? In addition, describe a situation where you failed.

Mən bu esseni 2 hissəyə ayırıb hər birini ayrılıqda təhlil etməyə çalışacam.

  1. Peşakarlıq baxımından və ya şəxsi olaraq ən çox qürur duyduğunuz şey nədir? Və niyə?
  2. Əlavə olaraq uğursuzluqla üzləşdiyiniz bir vəziyyəti izah edin.

Bu  başlıqda olan essay üçün hər hansı bir uğur hekayəniz haqqında yaza bilərsiniz. Yazılmaq üçün seçiləcək hekayənində doğru olması ən vacib məsələlərdəndir.Çox vaxt hekayənin düzgün seçilməməsi və ya strukturun düzgün formada olmaması səbəbindən yazılan essay qarşı tərəfin maraq dairəsindən kənarda qalır.Bəzi suallar var ki onları özünüzə ünvanlamaqla seçdiyiniz mövzunun sizin üçün doğru olub olmadığına qərar verə bilərsiniz.

  • Mən bu nailiyyətimdən həqiqətənmi qürür duyuram? Cavab ‘Bəli’dirsə, Niyə?
  • Bunu bacarmaq üçün mən hansı bacarıqlardan istifadə etdim?
  • Bu uğur daha öncə bilmədiyim yeni bir bacarığın öyrənilməsinə kömək etdimi?
  • Bu uğuru qazandıqdan sonra mənim komandadaki vəziyətimi müsbət istiqamətdə necə dəyişdi?
  • Daha öncə sahib olmadığım imkanlar əldə etdimmi ?(məs.Məsuliyyət, daha ciddi proyektlər və s.)

Məncə bu suallar kifayətdir.Elə fikirləşək ki doğru hekayənizi seçdiniz. Bəs essayin düzgün strukturu necə olmalı? Essayin yazılışının 4 hissədən ibarət olmasını məsləhət görərdim.

  1. Situation – Qazandığınız bu uğur hansı şəraitdə baş verdi?Universitet və ya təcrübə keçdiyiniz hansısa təşkilatdamı?
  2. Action – Həmin an hansı hərəkət etdiniz?

3.Outcome – Hansı nəticəni əldə etdiniz?

  1. Significance – Bu işin sizin üçün əhəmiyyəti oldu?

Edilməməsi gərəkən isə bu esseni yazarkən bir neçə uğur hekayənizi birləşdirib yazmaqdır.Yalniz bir hekayədən danışılmağı məslətlidir.

In addition, describe a situation where you failed

Bu mövzuda essay tələb olunmasının bir neçə səbəbi var. Bu essay vasitəsilə nə dərəcədə dürüst olmağınız, kimisə günahlandırmaq əvəzinə baş verən hadisə ilə üzləşmək bacarığınız  öyrənilir.Həmçinin sualı ünvanlayan tərəf səhvlərinizdən düzgün dərs almaq bacarığınızın olub olmaması haqqında məlumat əldə etmək istəyir.

Bu essayin yazılması üçün məsləhətlərim:

  • Real uğursuzluq haqqında yazın hansi ki, həqiqətən yaşamısınız.
  • Nə baş verdiyini açıq şəkildə izah etməyə çalışın.
  • Yaşadığınız uğursuz halı kölgə də qoymaq üçün bəhanələr gətirməyin.
  • Bu səhvdən nə əldə etdiyinizdən bəhs edin.
  • Fəlakət və ya ciddi maliyyə problemləri ilə nəticələnən hekayənizdən danışmayın.
  • Baş verənlərlə bağlı kimisə günahlandırmayın.

Məsələn: İkinci kursda təhsil alan zaman müəllimlərimdən biri onun xarici dildə olan kitablarından birini tərcümə etməyimi xahiş etmişdi.Mən onu şad etmək üçün bu işi bitirmək üçün  2 həftəyə ehtiyacım olduğunu bildirdim.Amma tərcüməni 3 həftəyə bitirdim nəticə olaraq həm mən, həm də müəllimim heç də məmnun olmadıq.Bu hadisədən sonra  başa düşdüm ki, əgər işi vaxtında bitirməyi bilmiriksə insanlara vaxtla bağlı arzuolunanı deyil, həqiqəti bildirməliyik.Bu mənim üçün yaxşı dərs oldu.Bu yaxınlarda başqa bir müəllimim mənnən eyni işi xahiş etdi.Mənə 3 həftə lazım olduğu halda bu işi bitirmək üçün 4 həftəyə ehtiyacım olduğunu bildirdim, amma işi 3 həftəyə, yəni 1 həftə tez başa vurdum.Həm müəllimim, həm də mən çox məmnun olduq.

  • Hekayə qısa və aydın idi
  • Səhvdən necə dərs çıxarıldığı və alınan dərsdən gələcəkdə uğurlu şəkildə necə istifadə edildiyi vurğulanıb

Essay 2

          What are your short/long-term career goals and how the Scholarship will help you to achieve them?

Bu essedə sizdən karyera hədəfləriniz və bu hədəflərə çatmağınızda bu təqaüdün sizə necə kömək edəcəyindən danımağınız tələb olunur.

Bu essay üçün məsləhətlərim:

  1. Təqaüdlə bağlılığı olan karyera planları haqqında yazmağa çalışın.Sizə yalan danışın demirəm. Məsələn xarici neft-qaz şirkətlərində öz sahənizin mütəxəssizi olmaq istəyirsiniz.Bu hədəfə çatmaq üçün xaricdə təhsil almağın sizə fayda gətirəcəyini düşünürsüz.Artıq xəyalınızda bir universitetin olduğundan yaza bilərsiniz.Xarici universitetlərə müraciət üçün dil sertifikatının vacibliyini hər kəs bilir.Siz də növbəti təhsil ilindən bu sertifikatı əldə etmək fikriniz olduğundan yazın.Bunun üçün sizə maddi yardım ehtiyac olacağından, bu təqaüdün sizin üçün çox əhəmiyyətli ola biləcəyi haqqında yaza bilərsiniz.Bu onlarda həqiqətən də sizin bu təqaüdə laiq olduğunuz kimi fikirlər yaradacaq.
  2. Karyera hədəfləriniz haqqında dəqiq məlumat verin.Hələ bu haqda planım yoxdur və ya bu mənaya gələn cümlələrdən istifadə etməyin.Çünki onlar təqdim etdikləri təqaüdün dəyərli bir elmi yatırım olmasını istəyirlər.
  3. Bir neçə planınız haqqında yazmağınızı məsləhət görməzdim.Onlara sizin ən çox istəyiniz, yəni əsas hədəfiniz haqqında fikirləriniz daha maraqlı.Hədəfiniz haqqında dəqiq olun.
  4. Hədəfə çatmaqda özünüzə inam vacib amillərdən biridir.Bu essayda şəxsi bacarığınızın , öz gücünüzə inanmağınızın sizə necə faydalı olacağındanda bəhs edə bilərsiniz.Bunu son abzaslarda yazmağınız daha yaxşı olardı.

Video Essay

We strive to identify and cultivate leaders who follow their purpose. How would you understand the meaning of leadership? Please describe your leadership style and provide an example via a brief video statement in English. (1 minute)

Mən bu esseni də iki hissəyə ayırıram.

  • How would you understand the meaning of leadership?

Bu mövzu haqqında məlumatınız yoxdurda narahat olmağa dəyməz.Liderlik nədir? sualına cavab tapmaq istəyirsinizsə youtube da bu mövzuda olan videolara baxa bilərsiniz.Həmçini ted talks videolarıda sizə kömək edə bilər.Əlavə olaraq bu linkdən istifadə edə bilərsiniz.

  • Please describe your leadership style and provide an example.

Düzgün cavabı vermək üçün çox geniş istifadə olunan bir metod var Bu üsul artıq liderlik bacarığndan istifadə etmiş şəxslərə daha çox kömək edə bilər.Amma hər kəs bu üsuldan istifadə edə bilər.Bu metod STAR (ulduz) adlanır.Bəs nədir bu STAR?—– “Situation, task, action, result”.

Situation(şərait,hal) –  Burada siz olduğun həmin andaki şəraitdən danışa bilərsiniz.Bu məktəbdə təşkilatda və ya hansısa bir iş yerindəmi baş vermişdi?

Task(tapşırıq) – Həmin an siz nə etməli idiniz və qarşılaşdığınız hal nə idi?

Action(Hərəkət,fəaliyyət) – O anda siz nə etdiniz? Hansı qərarı verdiniz? Bu qərarı verərkən hansı bacarığınızdan istifadə etdiyinizi düşünürsüz?

Result (nəticə) – Bu hissəni ən əsas hissə adlandırmaq olar. Qısa şəkildə əldə etdiyiniz nəticəni bildirə bilərsiniz.

Əgər bu metod işləmədisə narahat olmağa dəyməz.Siz hələ də liderlik bacığınızdan istifadə etməmisinizsə, bu bacarığa sahib olmadığınız anlamına gəlməz.Bu zaman növbəti metoddan istifadə edə bilərsiniz.

Yəqinki bir çoxunuz universitetdə qruplara bölünüb komanda işləri ilə işləmisiniz.Həmçinin məktəb illərində də fənlər üzrə açıq dərslər olurdu.Komandalara bölünürdük və hər komandanın  açıq dərsə bitirməli olduğu bir tapşırıq olurdu.Həmin an tapşırığı açıq dərsdən əvvəl də bitirənlər olurdu, açıq dərs olan gündə bitirənlərdə.Amma daha tez qurtaranlar müəllimə ilə müzakirə edib , ondan rəy alıb, bir çox düzələşlər edirdi.Çox vaxtda həmin komanda qalib olurdu.Çünki vaxtın düzgün idarə olunması,tapşırıqların komanda üzvləri arasında düzgün bölüşdürülməsini yüksək səviyyədə edirdilər.

Siz də həmin illərdəki komandanızda ki, liderlik qabiliyyətlərinizdən danışa bilərsiniz.Hansıki komandalara bölündünüz, sonra komanda üzvləri arasında tapşırıqları nece bölüşdürdünüz, zamanı necə idarə etdiniz və sonda nəticə.

Əgər yazının yararlı hesab edirsinizsə, daha çox tələbənin görməsi üçün bəyənə və paylaşa bilərsiniz.Bu məni “KCA Deutag Scholarship –Interview ” haqqında yazı yazmağa ruhlandıra bilər.Bu tip yazıların paylaşımından dərhal xəbər tutmaq istəyirsinizsə blogumuza abunə olmayı unutmayın.Sonda hər birinizə bol-bol təqaüdlər arzu edirəm.